Lazımdır:
- 500 qr. qıyma
- 1 iri soğan (xırda doğranmış)
- 1 çay stəkanı düyü ( qaynadılmış )
- 3 yumurta
- Yarım su stəkanı un
- 1 su stəkanı duru yağ
- Qara istiot
- Duz
Hazırlanması:
1 qaşıq yağda soğanı və qıymanın yarısını qovurub soyudun. Qaynadılmış düyünü, duzu, qara istiotu və qalan çiy qıymanı da əlavə edib 1 yumurta qıraraq yaxşıca yoğurun.
Hazırladığınız qiymadan qoz böyüklüyündə parçalar qoparıb əldə yastı küftələr edin. 2 yumurtanı yaxşıca çırpın. Küftələri əvvəl çırpılmış yumurtaya sonra una bulayarak yağda qızardın. Əvvəlcədən qabın içinə sərilmiş salfetin üzərinə düzün. İsti olaraq xidmət edin.

0 Yorumlar