Pendirli pomidor səbəti
Ocak 05, 2014
Xanim.net Sizə, Pendirli pomidor səbətinin hazırlanma qaydasını təqdim edir.Ərzaqlar:
- * 12 boy kiçik pomidor
- * 150 qr pendir və ya kəsmik
- * 2 təzə soğan
- * 3-4 budaq cəfəri
- * 10 qara zeytun
- * 2 şorba qaşığı zeytunyağı
- * Duz
Hazırlanması:
- Pomidorların başını qapaq şəklində kəsib içini qaşıqla çıxarın. Xidmət qabında düz dayanması üçün alt qisimlərindən də bir az kəsin.
- İçlərinə duz səpib suyunun süzülməsi üçün tərsinə çevirib 5 dəqiqə gözlədin.
- Təzə soğanları təmizləyib doğrayın. Cəfərinin bir neçə budağını bəzəmək üçün ayırıb qalanını xırda doğrayın.
- Zeytunların tumlarını çıxarıb dilimləyin.
- Pendiri bir kasaya töküb çəngəllə yaxşıca əzin.
- Soğan, cəfəri, zeytun, zeytun yağını əlavə edib qarışdırın.
- Hazırladığınız qarışığı pomidorların içinə paylaşdırıb, ayırdığınız cəfəri yarpaqlarıyla bəzəyin və xidmət edin.
0 Yorumlar