Nyu-Yorksayağı toyuq budu

Gərgin bir iş gününün ardından evə gəlib yemək bişirməyə vaxt ayırmaq sizin üçün yorucu ola bilər. Nyu-Yorksayağı toyuq budu tərifi ilə həm yorğunluğunuz gedəcək, həm də axşam yeməyində ailə üzvlərinizə gözəl bir ziyafət vermiş olacaqsınız.

6 nəfərlik Bişirmə müddəti 40 dəqiqə

İçindəkilər:



  • 6-8 ədəd toyuq bifşteks (dərisi soyulmuş və bıçaq yardımıyla açılmış toyuq budu)

  • 5 yemək qaşığı zeytun yağı

  • 1 çay qaşığı xardal

  • 2 diş döyülmüş sarımsaq

  • 1 ədəd limon suyu

  • 1 çay qaşığı quru kəklikotu

  • quru ağ reyhan

  • 1 çay qaşığı duz, qara bibər

  • 2 ədəd təzə soğan

  • 1 dəstə şüyüd

  • yarım dəstə cəfəri


Hazırlanması:


Zeytun yağı və xardalı dərin bir qabda qarışdırın. Döyülmüş sarımsağı, limon suyunu, kəklik-otunu, duzu, qara bibəri də əla-və edin və qarışdırın. Toyuq budlarını sousa batırıb, 1 saat soyuducuda saxlayın. Ayrıca olaraq təzə soğanları, cəfərini və şüyüdü təmizləyib incə-incə doğrayın. Soyuducudakı budları çıxarın.

Doğradığınız göyərtiləri ətə əlavə edib əlinizlə yaxşıca qarışdırdıqdan sonra orta həcmli, istiyə dayanıqlı fırın qabına yerləşdirin. 5 dəqiqə öncədən 175 dərəcəyədək qızdırılmış mətbəx sobasında 40-45 dəqiqə, budlar qəhvə rəngi oluncaya qədər bişirib çıxarın. İsti-isti servis edin. Bu ətə qarğıdalılı düyü qarniri çox yaraşar. Yanında nə içməli?

Nyu-Yorksayağı toyuq budunun yanında soyuq ağ şərab verə bilərsiniz.
Ağ şərabın aromatı daha yüngül olduğu üçün ləzzətli, ədviyyatlı toyuq bifteyinin dadmı tam alacaqsınız. Burda ağ şərabın içilmə dərəcəsi önəmlidir. Ağ şərabın illərinə görə içilmə dərəcəsi dəyişir. Tərkibi zəngin, alkoqol dərəcəsi yüksək, 10 illik, 20 illik şərabların içilmə dərəcəsi 13-ə qədər çıxa bilər. Məsələn, Şardone üzümlərindən hazırlanan Burbon şərabları bu şərab kateqoriyasına aiddir.

Gündəlik, mütəvazi şərablar üçün isə ideal içilmə dərəcəsi 6-8-dir. Çox soyuq içiləndə isə şərab dilinizi uyuşdurar və ondan aldığınız zövqü öldürər.

Yorum Gönder

0 Yorumlar