Mübahisədən sonra etməməniz lazım olan 5 hərəkət

Cütlərin mübahisəsi, hətta dalaşması son dərəcə normal və sağlamdır. İki fərqli insansınız və zaman-zaman fərqli istəkləriniz, fərqli seçimləriniz ola bilər. Bunlar da qarşıdurma yarada bilər. Əhəmiyyətli olan mübahisədən sonra nə edəcəyinizdir.

Soyuq davranmaq


Mübahisədən sonra bir az tək qalmaq istəməyiniz normal hal kimi qəbul edilə bilər. Ancaq cütlərin etdiyi ən böyük səhv, mübahisədən sonra araya divar hörməyləridir. Bərabər olduğunuz insanı və ya həyat yoldaşınızı görməməzlikdən gəlmək, diqqətə almamaq kimi bir davranış içində olmağınız, yoldaşınızda onu cəzalandırırsınız duyğusu meydana gətirə bilər və bu da aranızda soyuqluq yarada bilər.

Sadə bir üzrlə yola vermək


Haqsızlıq edən sizsinizsə üzr istəməyiniz gözlənilən bir hərəkətdir. Amma yoldaşınız hələ də incimiş, qırılmış vəziyyətdədirsə yalnız bir "üzr istəyərəm" ilə vəziyyəti ötürməyə çalışmayın. "Bundan ötrü, bunu etdiyim üçün…" ilə başlayan bir üzr, onu qırdığınızın fərqində olduğunuzu, içdən bir şəkildə üzür dilədiyinizi qarşı tərəfə izah edər.

Bir sonrakı addımda "Bundan sonra … şəklində davranacağam" deməlisiniz. Özünüzü bu cür ifadə etmiş olsanız səhvinizi təkrar etməyəcəyinizi də bildirmiş olarsınız.

Mübahisəyə səbəb olduğu üçün onu günahlandırmaq


Mübahisə və ya müzakirənin minlərlə səbəbi ola bilər. Pis bir gün keçirmisiniz, başınız çox ağrıyır, yorğunsunuz, kifayət qədər yata bilməmisiniz… Bütün bunlara baxmayaraq günahı yoldaşınıza atmaq, heç də ədalətli bir davranış deyil. Ən yaxşısı öz vəziyyətinizi yoldaşınıza əvvəlcədən bildirin...

Qızğın, kədərli və s. Vəziyyətiniz varsa ya da iş yerində sizi sinir edən bir şeylər yaşadınızsa və bunun təsirini hələ də üzərinizdə daşıyırsınızsa, yoldaşınızın da bunları bilməyə haqqı var. Onu əvvəlcədən xəbərdar etsəniz sizin hər zamankından daha həssas olduğunuzu anlayacaq və sizə qarşı daha diqqətli davranacaq.

"Mən elə demək istəmədim" deməyin


Bu sözü söyləmək, sanki silgi istifadə etməyə bənzər. Sizə müsbət bir dönüşü olmaz. Çünki siz bu sözü dedikdən sonra yoldaşınız, "Bəli, elə dedin" deyə çıxış edə bilər və tam mübahisə bitdi deyərkən yenidən alovlandıra bilərsiniz.. Eyni şəkildə yoldaşınız da sizə "Mən elə demək istəmədim" deyə bilər.

Bu vəziyyətdə sizə düşən, "Bəli, elə söylədin!" deyə mübahisə tonuna dönmək deyil, "Elə demək istəmədin amma nəticədə mən belə hiss etdim. O halda bundan sonra mümkünsə bu cür davranma" şəklində cavab verməniz lazımdır.

Yorum Gönder

0 Yorumlar