Kəklikotulu qabırğa

Kəklikotulu qabırğa qonaqlarınıza hazırlayacağınız axşam yeməyi üçün idealdır. Gözəl və nəfis yeməyin dadı uzun müddət damaqlarınızda qalacaq.

6 nəfərlik bişmə müddəti 60 dəqiqə

İçindəkilər:



  • 12 ədəd quzu və ya dana qabırğa

  • 2 yemək qaşığı zeytun yağı

  • 6 ədəd orta ölçülü quru soğan

  • 50 qr kərə yağı

  • 2 yemək qaşığı quru kəklikotu

  • 1 çay qaşığı duz

  • qara bibər

  • 1 çay qaşığı qırmızı pul bibər


Hazırlanması:


2 yemək qaşığı zeytun yağını geniş və kənan yüksək qazana qoyun. Yağ qazan dibinin hər tərəfinə yayılsın. Qabırğaları yan-yana qazana düzün. Üzərinə quru kəklikotunun bir qisimini, yarım çay qaşığı duz və qara bibəri səpin. Soğanları soyub ortadan ikiyə böldükdən sonra, yarım sm qalınlığında doğrayın.

Soğan dilimlərini qabırğaların üzərinə yerləşdirib, üzərinə qalan quru kəklikotunu gəzdirin. 1 çay qaşığı daha duz səpib, qırmızı pul bibəri də əlavə edin. Kərə yağını fındıq böyüklüyündə parçalara ayıraraq soğanların üzərinə paylaşdırın. Üzərinə 3 stəkan isti su əlavə edin. Qazanın qapağını örtüb, yeməyi zəif yanan ocaqda suyunu çəkincəyə və ətlər yumşalana qədər 50-60 dəqiqə bişirib servis edin. Yanında qarnir olaraq kartof qızartması və ya püre hazırlaya bilərsiniz.

Bu yeməyə yaraşan içki - kəm-turş qırmızı, soyuq şərabdır.

Çox yumşaq və ləzzətli qabırğa yeməyiniz ağzınızda dağılacaq, şərabsa meyxoş dadıyla ləzzət yaşadacaq.

Qeyd: ətinizi bir gün öncədən zeytun yağı, duz və qara bibər qarışığına batırıb soyuducuya qoysanız yumşaq və daha ləzzətli olacaq.

Şəxsi təcrübələrimə istinadən şərabla bağlı bir neçə bilgini Sizinlə paylaşıram. Əgər yeməyinizdə tomat və ağır pomidor sousu varsa, bu yeməyin yanında şərab servis etməyin. Çünki pomidorun içindəki kislota şərabın dadmı ağzınızda öldürəcək və acı dad yaradacaq.

Sirkə sousu çox olan yeməklərin yanında da şərab servis etməyin. Sirkəylə şərab süfrədə dost deyillər.

Yorum Gönder

0 Yorumlar