Hökmdarlar bəyəndisə bizlər də havada - qarada bəyənərik deyirəm və yeməyin tərifini Sizlərlə sevə-sevə paylaşıram.
6 nəfərlik bişmə müddəti 50 dəqiqə
İçindəkilər:
- 500 qr quzu əti
- 2 şorba qaşığı kaşar pendiri
- sürtkəcdən keçirilmiş halda 1,5 stəkan süd
- 1,5 yemək qaşığı un
- 2 yemək qaşığı kərə yağı
- 5 ədəd badımcan və ya bir banka konservləşdirilmiş badımcan
Ətin bişirilməsi üçün:
- 2,5 stəkan isti su
- 2 ədəd pomidor
- 1 şorba qaşığı sirkə
- 2 ədəd soğan
- 2 şorba qaşığı kərə yağı
- kəklik otu
- duz
Hazırlanması:
Qazana ətləri alın. Ətlər suyunu çəkincəyə qədər qarışdıraraq bişirin. Arxasınca ətlərin üzərinə kərə yağını, kiçik doğranmış soğanları əlavə edib hamısını bir yerdə 3 dəqiqə qovurun. Ətlərin üzərinə sirkə gəzdirin. Pomidorları rəndələyin.
Rəndələnmiş pomidoru, isti suyu, kəklikotunu və ən son duzu əlavə edərək - ətlər yumşalana qədər bişirin. Suyu çəkilərsə tədricən isti su əlavə edə bilərsiniz. Başqa tərəfdə bir qazan götürün. Kərə yağını əridin. Unu əlavə edin.
Qarışdıraraq un rəngini dəyişib saralana qədər qovurun. Dayanmadan qarışdıraraq soyuq südü əlavə edin və qalınlaşana qədər bişirin. Qalınlaşdıqdan sonra ocaqdan alın. Suyu süzülmüş konservləşdirilmiş badımcanları, kaşar pendirini əlavə edin.
Cəld şəkildə qarışdırıb, servis qabına alın. Üzərinə yumşalmış ətləri əlavə edib servis edin.
Qeyd: Yeməkdə badımcan istifadə edəcəksinizsə - öncədən badımcan-ları közdə bişirin. Qabıqlarını soyun və incə şəkildə doğrayın. Sonra qalınlaşmış un və süd qarışığına əlavə edin.
Məsləhət görülən içki: Sərtliyi 10-11% olan, matrasa üzümlərindən hazırlanan, tünd qırmızı rəngli, kəmşirin, yüngül şərab çeşidi Hünkar bəyəndi üçün mükəmməl seçim olar.

0 Yorumlar