Baş ağrısı

Baş ağrısı- yuxusuz, əsəbi, stressli bir gündə, əhvalınızı pozan bir şey olduğunda ortaya çıxa bilər və bütün bir gününüzü məhv edə bilər. Sadə baş ağrıları daha çox stress, hava vəziyyəti, təzyiq və qanda oksigenin azalmasından irəli gəlir. Ümumiyyətlə boyundan və ya alın bölgəsindən başlayan ağrı, yuxarı doğru çıxar və bütün başa yayılar.

Baş ağrılarını ciddi qəbul edib həkimə müraciət etmək lazımdır. Çünki baş ağrısı bədəninizdə bir şeylərin əskikliyini xəbər verən bir işarədir. Bu əskiklik yalnız qısa bir müddət istirahət etmək belə olsa əhəmiyyət verməlisiniz. Əks halda baş ağrınız xronikiləşə bilər.

Qaranlıq və səssizlik

Stressə söykənən baş ağrısıyla mübarizə etmənin ilk yolu olaraq ağılınıza dərhal bir ağrı kəsici dərman içmək gəlməsin. Çünki dərmandan əvvəl ağrının qabağını kəsmənin təbii yolları var. Migrenə söykənən bir ağrıdısa, qaranlıq və səssiz bir otaqda yataraq ağrını sovuşdurmağı seçin.

Açıq hava gəzintisi

Stress və gərginlikdən uzaq bir mühitdə istirahət etməyə çalışın. Olduğunuz yerin havalı olmasına diqqət edin. İşığa qarşı həssaslığınız artdısa qaranlıqda istirahət edin.
Özünüzdə o gücü tapırsınızsa, açıq havada gəzinti etmək də baş ağrısına yaxşı gələr.

Masaj

Gicgahlarınıza, qaşlarınızın arasından alınınıza doğru və burun dəliklərinin üzərindən başlayaraq göz kənarlarına doğru dərinizi dartaraq masaj edin.

İsti duş

İsti duş, bədəninizdə boşalma hissi yaradar. Duşa girməsəniz, ayaqlarınızı isti su olan dolu bir qabda gözlədin. Ardından su ilıq olana qədər soyuq su əlavə edin. Ayaq duşundan sonra corab geyinin və istirahət etmək üçün uzanın. Beyində yüksələn qan axışı bu şəkildə ayaqlara köçürülər və baş ağrısı sona çata bilər.

Soyuq kompres

Bir bezi soyuq suyla isladaraq və ya paketə buz qoyaraq başınızı soyuq kompres edin.

Banan, makaron, balıq yağı.

Bəslənmə mütəxəssisləri, banan, makaron və balıq yağının baş ağrısına yaxşı gələn qidalar olduğunu söyləyir. Ayrıca, acı qəhvəyə bir iki damcı limon suyu qarışdıraraq içmək də baş ağrısına yaxşı gələ bilər.

Dərman

Ağrı kəsici istifadə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin. Ancaq, hər ağrıda dərman istifadə etməni vərdiş halına gətirsəniz, bir müddət sonra dərman ağrıları yaşamağa başlayarsınız. Yəni dərman asılısı olduğunuz üçün dərmanı qəbul etmədiyinizdə ağrı başlayar. Bu səbəbdən mümkün olduğunca ağrı kəsici qəbul etməməkdə fayda var.

Sıx təkrarlanan və uzun sürən baş ağrısı şikayətiniz varsa sağlamlıqla əlaqədar hər mövzuda olduğu kimi, bu vəziyyətdə də mütəxəssis bir həkimə müraciət etmək ən doğrusudur.

Baş ağrısı

Yorum Gönder

0 Yorumlar