Sizə danışacağım təbii üsullar üçün lazım olan bütün vəsaitləri hər zaman mətbəxinizdə tapacaqsınız. Bu proseduru hər yaşda qadın tətbiq edə bilər. Həftəlik olaraq dərinizə tətbiq edəcəyiniz vəsaitləri bir tərəfə ayırın və haftabaşından etibarən başlayın.
Bazar ertəsi
1 kökü və ya iri 1 şirin qırmızı bibəri bir qaba rəndələyin. Bu rəndələnilmiş vəsaiti ovucunuza kiçik parçalar halında alın və dərinizi yumşaqca ovalayın. Qabdakı vəsait bitənə qədər ovalamaya davam edin. Bu yolla ölü dəri hüceyrələriniz təmizlənərək üzünüz təmizlənər. Dəri, məsamələr vasitəsiylə təzə tərəvəzin təşkil etdiyi lazımlı qidaları alar. 5-10 dəqiqə gözləyin. Rəng verən tərəvəzlər olduğu üçün tətbiq sonrası isti su ilə yuyun üzünüzü. Arxasından nəmləndirici sürtün.
Şirin bibər daha çox təsirlidir, bədənin yaşlanma ilə mübarizəsində immunitetini inkişaf etdirər, təbii bir antibiotikdir. Kök beta-karonten cəhətdən zəngindir. İçindəki A vitamini bədəni inkişaf etdirər.
Çərşənbə axşamı
3-4 ağ kələm yarpağını parçalara bölün və blenderdən keçirdin. Çıxan suyu üzünüzə sürtün və 10 dəqiqə sonra yuyun. Vitaminlərin çox zəngin bir qaynağıdır kələm. B1, B2 vitaminləri, kalium, kalsium kimi bir çox elementi saxlayar. Cavanlaşmağa kömək edər.
Çərşənbə
Bir yumurta ağını çırpın. Yüngülcə dairəvi hərəkətlərlə üzünüzə sürtün. 10 dəqiqə sonra ilıq su ilə yuyun. Bitki köklü bir nəmləndirici krem sürtün.. Yumurta gəncliyi qoruma xüsusiyyətləri təşkil edən vitaminlər cəhətdən çox zəngindir.
Cümə axşamı
Bir bananı alın, əzin. Yavaşca üzünüzə sürtün. Beş və ya on dəqiqə gözləyin, ilıq suyla
yuyun. Bitki köklü bir nəmləndirici sürtün. Banan lif cəhətdən zəngindir. Dərinizə "xoşbəxtlik hormonu" təsiri edər. Hamarlaşmasını təmin edər.
Cümə
Bu gün də göy noxuddan faydalanacaqsınız. İndi qışdır, təzə göy noxud tapa bilməzsiniz, konserv istifadə edə bilərsiniz.. Göy noxudu əzin, qabıqlarını ayırın və çıxan məhlulu üzünüzə sürtün. 10 dəqiqə gözlədikdən sonra yuyun. Göy noxud dəmir, fosfor, kalsium kimi minerallarla zəngindir A, B K, B6, B2 kimi vitaminlər təşkil edər.
Şənbə
Çuğundur, dərinin ən əhəmiyyətli dostlarından biridir. Vitamin B1 cəhətdən zəngindir. B2, B6, C, F, kimi vitaminlər də saxlayar. Dəmir, mis, sink, manqan kimi minerallarıyla dərini qidalandırar, təmin edər. Çuğunduru 4 yerə bölün. İçindən bir parçanı alın və rəndələyin. Çıxan vəsaitdən kiçik-kiçik alın və üzünüzə yüngülcə yedirdin.
Rəndələdiyiniz bütün tərəvəz bitənə qədər bu əməliyyatı davam etdirin. Sonra yuyun və üzünüzə nəmləndirici və ya üzüm çəkirdəyi yağı sürtün. Bu maskanı gecə edib yatsanız daha təsirli olacaq.
Bazar
Həftənin son günü bazar. Baldan kömək alacaqsınız bu gün.. 1 şorba qaşığı keyfiyyətli balı bir qaba alın və içinə bir miqdar yulaf unu əlavə edin, qarışdırın. Yulaf dərinin maddələr mübadiləsisini normala çevirər. Vəsaiti üzünüzə sürtün. 20 dəqiqə sonra yuyun və yenə bir bitki mənşəli nəmləndirici krem və ya ərik çəkirdəyi yağı sürtün.
7 gün sonra yenilənmiş üzə qovuşacaqsınız. Bitki mənşəli tətbiqlərdən faydalanmaqda tərəddüd etməyin.

0 Yorumlar