5 dəqiqədə sakitliyə qovuşmanın yolu

Gündəlik həyat çoxumuz üçün çox stressli keçir. İşdə, yolda, küçədə qarşılaşılan çətinliklər üst-üstə gəldikdə insanın içini bir narahatlıq örtür. Bu narahatlıqları aradan qaldırmanın praktik yollarını sınamaq lazımdır.

Bəzən insan özünü işə elə qapdırır ki saatların necə keçdiyini anlamır və özünü masa başında sıxılmış bir vəziyyətdə tapır. Halbuki fasilə vermək çox əhəmiyyətlidir.

Bunun üçün telefonu, kompüteri qırağa qoyub, mümkünsə iş yoldaşlarından da uzaqlaşaraq, səssiz və sakit bir küncə çəkilmək lazımdır. Burada yalnız elə dayanıb ətrafa baxmaq belə bir rahatlama şəkli ola bilər. Qısa bir müddətə işdən başınızı qaldırmanız, yenilənməniz və yalnız bir neçə dəqiqəliyinə də olsa rahatlamanıza səbəb olar.

Sıxılmış tıxacda qalmış, yorğun bir sürücüsünüzsə, unutmayın ki avtomobilin içində nanə aromalı qoxu sakitləşmənizə kömək edər.

Axşam yeməyi zamanı xəbərlərə qulaq asmayın. Masanızda ləziz bir yemək var amma qarşınızda da pis xəbərlər… Ekrandan əks olunanlar, stressinizi azaltmaq yerinə sizi daha da dibə çəkə bilər. Ailənizlə birlikdə kefli bir axşam yeməyinin dadını çıxarın.

Bir çox adam, kompüterin başına oturduğunda ya da əlindəki ağıllı telefona fokuslandığında, fərqində olmadan nəfəsini tutur. Dərin nəfəs almağı unudub dayaz nəfəslərlə idarə edir. Minlərlə “maili” nəzarət edərkən, uzun saatlar boyunca bunu etmək, anksiyətəyi artırmaq, həzm sistemini çətinə soxmaq kimi problemlərə yol aça bilər. Yəni bütün olaraq sağlamlığınıza və immunitet sisteminizə zərər verir.

Sakitləşmənizin və zehninizi boşaltmanın yeganə yolu, diyoframatik nəfəs alıb verməkdir. Stresslə baş etmə texnikası olan bu nəfəs alma üsulunda nəfəs alarkən qarınınızın şişdiyini, verərkən də qarınınızın içəri girdiyini izləməlisiniz. Nəfəs alın, nəfəs verin və bədəninizə laqeyd yanaşmayın.

Yorum Gönder

0 Yorumlar