Zeytunyağlı yaşıl lobya

Ən çox sevdiyim zeytunyağlı yeməklərdən birisi daha. Xüsusilə də isti yay günlərində soyuq-soyuq soyuducudan çıxardıb yediyinizdə dünyanın ən xoşbəxt adamı olursan desəm inanın.

Siz də bişirib yediyinizdə mənə haqq verəcəyinizdən əminəm.

6 nəfərlik Bişmə müddəti səbzələr yumşalana qədər
İçindəkilər:


  • 500 qr yaşıl lobya

  • 2 ədəd orta ölçülü pomidor

  • 1 baş quru soğan

  • 1 diş sarımsaq

  • Yarım çay bardağı zeytun yağı (yarısı yemək bişərkən, yarısı da yemək bişdikdən sonra istifadə ediləcək)

  • 1 xörək qaşığı şəkər, duz


Hazırlanması:

Təzə lobyaları təmizləyin, yuyun. Ortadan əlinizlə ikiyə bölün. Daha uzunsa bir neçə yerə bölə bilərsiniz. Soğanı soyun, kub-kub doğrayın. Pomidorun qabıqlarını soyun və onları da doğrayın. Sarımsağı əzin. Orta ölçülü qazan götürün. Öncə böldüyünüz lobyaları qazana qoyun, sonra soğan və sarımsağı əlavə edin.Üzərinə pomidoru yayın. Bütün bunların üzəri-nə şəkər və duz səpin.

Ən üstdən zeytun yağının yarısını gəzdirin. Bir qəhvə fincan suyu töküb, qazanı ocağın ən kiçik gözünə yerləşdirin və yeməyi qısıq ocaqda bişirməyə başlayın. Lobyalar yumşalana qədər bişirin.

Ocaqdan alın, zeytun yağının qalan hissəsini də əlavə edin və qazanın qapağını yarıaçıq şəkildə tutaraq yeməyi soyudun. Soyuq-soyuq servis edin.

Yorum Gönder

0 Yorumlar