Mən bişirdim və məmnun qaldım. Siz də qonaqlarınıza ziyafəti verəcəyiniz gün soyuq qəlyanaltı olaraq süfrəyə təqdim edə bilərsiniz.
Hazırlanması:
6-8 nəfərlik Bişmə müddəti 30 dəqiqə
İçindəkilər:
- 1 kq kərəviz kökü (böyük marketlərdən ala bilərsiniz)
- 1-2 ovuc kiçik soğan - arpacıq soğan (əgər yoxsa bir baş quru soğan da istifadə edə bilərsiniz) Yarım dəstə şüyüd
- 2 ədəd orta ölçülü yerkökü
- 1 ədəd orta ölçülü kartof
- 5-6 ədəd dənə qara bibər 1 çay bardağı zeytun yağı yarım limonun suyu
- 1 xörək qaşığı şəkər, duz
Hazırlanması:
Kərəvizlərin qabıqlarını soyun. 1 sm qalınlığında kub-kub doğrayın. Qaralmaması üçün bir qabın içinə soyuq su qoyun və suya 1 limon suyu sıxın. Doğradığınız kərəvizləri limonlu suyun içinə atın və bir kənara qoyun. Arpacıq soğanlarınızı soyun və ya quru baş soğanı soyun və kub-kub doğrayın. Arpacıq soğanı doğramağa gərək yoxdur.
Yerkökünü təmizlədikdən sonra onları da kiçik kublar şəklində doğrayın. Şüyüdü yuyun və xırda doğrayın. Kartofları da eyni şəkildə təmizləyib doğradıqdan sonra bir qazana zeytun yağmı tökün və ocağın altını yandırın.
Soğanları qazana əlavə edib 1-2 dəqiqə qovurun. Bunun üzərinə yerkökünü, kartofu əlavə edin və səbzələri bir yerdə qovurmağa davam edin.
Sonra kərəvizləri limonlu sudan çıxarıb qazandakı səbzələrin üstünə töküb, birlikdə qarışdıraraq bir neçə dəqiqə qovurun. Üzərinə doğranmış şüyüdü və dənə qara bibərləri də əlavə edin.
Ən son duz və şəkəri də səpdikdən sonra 2,5-3 stəkan su əlavə edib, qapağı örtün. Səbzələr yumşalana qədər bişirin. Bişdikdən sonra, ocağın altmı söndürün və yarım limonun suyunu yeməyə gəzdirin. Qapağı açıb, yeməyi soyudun. Soyuq-soyuq servis edin.

0 Yorumlar