8-10 nəfərlik Bişmə müddəti 35 dəqiqə
İçindəkilər:
- 500 qr quru paxla 1 ədəd iri quru soğan
- 8 ədəd kəsmə şəkər
- 1 stəkan zeytun yağı
- 6 stəkan su
- 1 çay qaşığı duz, qara bibər
- Bir tutam şüyüd
- 2 ədəd orta ölçülü yerkökü
Hazırlanması:
Yerkökünü soyub barmaq şəklində incə doğrayın. Qaynayan duzlu suda 15-20 dəqiqə, yumşalana qədər bişirib süzün. Bir kənara qoyun. Quru paxlaları 2-3 saat müddətində ilıq suda saxlayın və sonra yuyub süzün. Orta dərinlikdə bir qazana qoyub üzərinə 6 stəkan su əlavə edin. Qazana kəsmə şəkər, soyulmuş, dördə bölünmüş soğan, duz və qara bibəri əlavə edin.
Zeytun yağından 3 xörək qaşığı qədər ayırıb qalanını paxlaların üzərinə gəzdirin. Zəif yanan ocaqda aradabir qarışdıraraq -yumşalana qədər bişirin. Ocaqdan alın və paxlalar bir az soyuyunca əl blenderində püre halına gələnə qədər çəkin. Kənarları yüksək (25-30 sm böyüklüyündə) bir qab alın.
Qabın içinə alüminium folqa sərin. Bişirdiyiniz yerkökünün yarısını qabın altına sırayla düzüb paxlanın yarısını onların üzərinə boşaldın.
Təkrar bir sıra, yerdə qalan yerkökülərini düzün. Qalan paxlanı da incə doğranmış şüyüdlə qarışdırıb yerkökünün üzərinə boşaldın.
Paxla qabını ən az 5-6 saat soyuducuda saxlayın. Sonra soyuducudan çıxarıb bir servis qabına tərs çevirərək çıxardın. Üzərindəki alüminium folqanı sıyıraraq alın.
Ayırdığınız 3 xörək qaşığı zeytun yağmı da ən üstdən gəzdirib servis edin.

0 Yorumlar