Kağızdan oyuncaqlar
Yolka oyuncaqlarını düzəltmək üçün ən rahat material —kağızdır. Axı onun öhdəsindən hətta uşaq belə gələcək. Kağızdan küknar hazırlamaq üçün bir çox maraqlı və gözəl bəzəklər eldə etmək olar, amma biz ən effektli və sadələrinə baxacağıq.
Qar dənəcikləri
Toplar
Təəccüblüdür, amma hamar kağızdan tamamilə həcmli toplar düzəltmək olar. Bunun üçün eyni diametrli dairələr formasında kağız kəsmək lazımdır — köhnə açıqcalar və ya jurnallar uyğun gələcək. Hazırlamış topları yarıdan qatlamaq və bir-biri ilə yapışdırmaq lazımdır. Yapışdırmanın variantlarını dəyişdirərək, müxtəlif görünüşdə toplar eldə etmək olar. Eyni kağız dairələrdən daha mürəkkəb kürələr əldə etmək olar. Bunun üçün hər elementdə bərabər tərəfli üçbucağı çəkmək, onu bu xətlər üzrə əymək və öz aralarında yapışdırmaq lazımdır. Kvillinq texnikasında yerinə yetirilmiş kağız kürələr tamamilə başqa cür görünür. Kürə formasını yaratmaq olar, bunun üçün qatı müxtəlif olan enli kağızları bir -birinə sarıyaraq və ya yalnız burulmuş detallardan dekor üçün istifadə etmək olar.
İncə parça
Əgər sizdə müxtəlif rəngli tullanmalı parça yığılıbsa, onlardan sevimli yolka oyuncaqlarının düzəldilməsi üçün istifadə etməyin əsl vaxtıdır. Bu həcmli toplar, küknarlar, adamcığazlar və ya heyvanlar ola bilərlər. Adətən belə oyuncaqları sinteponlar yığırlar. Dekor üçün düymələr, lentlər, muncuqlar və başqa xırda detallar istifadə edə bilərsiniz.
Corablar
Yeni il oyuncaqlarının yaradılması üçün parçanın tikələrindən başqa köhnə geyim, məsələn, corablardan da istifadə etmək olar. Əgər onların rəng və teksturasını düzgün seçsəniz , sevimli personajları uğurla yartamaq olar. Bu işin texnikası, eyni ilə parçalarda olduğu kimidir.
Saplardan bəzəklər.
Həcmli toplar.
Saplardan düzəldilən şar-putinki həmişə xoş təəssürat yaradır. Çətin görünsə də onları düzəltmək elə də çətin deyil! Bunun üçün kiçik şarı şişirtmək, sapı PVA yapışqanıyla hopdurmaq və xaotik onu kürəyə sarımaq lazımdır. Esas odur ki, şarı çıxartmaq üçün yer qoymağı unutmayın — hamısından yaxşı onun quyruğu tərəfdən çıxardın. Ondan sonra, yapışqan yaxşıca quruyandan sonra, şarı partlatmaq və səliqələ ilə çıxartmaq lazımdır. Budur topunuz hazırdı zövqünüzə uyqun bəzəklə bəzəmək və ya rəngləmək olar.

0 Yorumlar