Təbii vasitələrdən maskalar

Təbii vasitələrdən maskalar müxtəlif növ maskaların hazırlanması qaydası.
Əllər üçün təbii piling


  • Qarğıdalı unu

  • Ağ gil

  • Krem (istədiyiniz)

  • Su


Hazırlanma qaydası: Bərabər miqdarda qarğıdalı unu, ağ gili qarışdırın, sonra həcm vermək üçün bir az su və bir az krem qatıb əllərinizi yaxşıca ovalayıb daha sonra yuyun. Effektini dərhal görəcəksiniz.
Yağlı dərilər üçün maska


  • 1 şorba qaşığı limon suyu

  • 1 yemək qaşığı kök suyu

  • 1 desert qaşığı qatıq

  • 1 şorba qaşığı yaşil gil


Hazırlanma qaydası: Bütün vəsaitləri qarışdırıb sürün,25 dəqiqə gözləyib yuyun.
Sızanaqlar üçün maska


  • 1 çay qaşığı ağ gil

  • 1 çay qaşığı limon suyu

  • 1 çay qaşığı aspirin tozu


Hazırlanma qaydası: Bütün vəsaitləri qarışdırıb sızanaqların üzərinə sürtün, 20 dəqiqə gözləyib yuyun. Həftədə 2-3 dəfə istifadə edə bilərsiniz.
Ləkəli dərilər üçün

( həssas olan dəri tiplərinə uyğun deyil)

  • 1 ədəd yumurtanın qabığı ( qurudulub blendrdan keçirdin)

  • 1 şorba qaşığı limon suyu

  • 1 desert qaşığı ağ gil

  • 1 çay qaşığı karbonat

  • 1 şorba qaşığı süzmə qatıq


Hazırlanma qaydası: Üyüdüb qurutduğunuz yumurta qabığlarının içinə vəsaitləri əlavə edib qarışdırın. Dərinizə sürtüb 20 dəqiqə gözlədin və daha sonra ovaraq çıxarıb bol su ilə yuyun. Həftədə 2 dəfə tətbiq oluna bilər.
Üz üçün piling


  • 1 şorba qaşığı qarğıdalı unu

  • 1 şorba qaşığı gil

  • 1 şorba qaşığı əl kremi

  • 1 şorba qaşığı su


Hazırlanma qaydası: Qarışdırıb bütün dəriyə və dekolte hissəyə sürtüb yüngülcə ovaraq masaj edilir.
Kürəkdəki sızanaqlardan xilas olmaq üçün


  • 1 ədəd portağal

  • 1 çay qaşığı qabartma tozu

  • 1 çay qaşığı düyü kəpəyi yağı


Hazırlanma qaydası: Portağalın yalnız qabıqlarını rəndələyib əzin. Qabartma tozu ilə qarışdırıb, içərsinə 1-2 damcı portağal suyu qatın. Düyü yağını əlavə edib sızanaqların üzərinə sürtün 20 dəqiqə gözləyin.

Yorum Gönder

0 Yorumlar