Saçlarınızı bitkilərlə bəsləyin!

Bitkilər və bitki mənşəli məhsullar hər dərdə olduğu kimi, saçlarınıza da dərmandır. Budur bitki mənşəli məhsullar və faydaları...
Parladıcı, yumşaldıcı maska.

Ada çayı: 250 qram ada çayı yarpağını 1 litr suda 15- 20 dəqiqə qaynadın, soyumağa qoyub süzün. Daha sonra yüzdə 50-lik spirtlə qarışdırın. Gün aşırı saç diblərini isladıb darayın.
Saç tökülməsi üçün maska.

Zeytunyağı: Yatmazdan əvvəl saçınızı yuyub yaxşıca qurudun. Saç diblərini zeytun yağı ilə masaj edin. Ən az iki həftə edəcəyiniz bu müalicə sayəsində saç dibləriniz güclənəcək, saçlarınız parlaq və canlı bir görünüşə qovuşacaq.
Reyhan: 75 qram çiçəkli reyhan bitkisini toz halına gətirib, yarım litr qaynar suya ataraq qaynadın. 20 dəqiqə dəmləyib süzdükdən sonra saçlarınızı bu çayla həftədə iki gün yuyun.
Gur saçlar üçün maska.

Qanqurudan: 50 qram təzə qanqurudanı 1 litr suda 10 dəqiqə qaynadıb süzün. Hər gün saç diblərini bununla masaj edin.
Kəpək üçün maska.

Qovaq: 40 qram qovaq məlhəminə 5 qram bal şamı, 5 qram gül yağı əlavə edib qarışdırın. Hər gecə yatmazdan əvvəl saç diblərinə yüngül masaj edərək sürtün. Bu eyni zamanda saçlara parlaqlıq və canlılıq verər.
Qırılmalara qarşı maska.

Xüsusilə dalğalı, buruq saçlara uyğun bir üsul.

  • 4 ml gül yağı,

  • 32 ml badam yağı,

  • 32 ml hind yağı

  • 32 ml zeytun yağını qarışdırın.


Yatmazdan əvvəl saç diblərinə masaj edərək sürün. Sonra pambıqlı bir parça ilə başınızı bağlayın. Səhər yuyun. Hər ay 3 gün bu əməliyyatı tətbiq edin.

Yorum Gönder

0 Yorumlar