Lazım olan ərzaqlar:
- 1 kq toyuq əti
- 240 qr düyü
- 200 qr un
- 80 qr baş soğan
- 150 qr ərimiş yağ
- 1 yumurta
- duz.
Hazırlanma qaydası:
Toyuğu tikələrə ayırın. Duzladıqdan sonra yağda qızardın. Soğanı yağda qovurun. Qızardılmış toyuğun üzərinə ½ stəkan toyuq suyu və qovurulmuş soğan əlavə edərək , ağzı örtülü qabda pörtlədin.
Una yumurta, su və duz qarışdırıb bərk xəmir yoğurun. Xəmirdən yuxa yayıb hər iki üzünü yüngülcə qızardın və əriştə doğrayın. Əriştəni tavada və ya sacda bir qədər qovurun, duzlu suya töküb bişirin və aşsüzəndən keçirin.
Düyüdən plov hazırlayın. Düyünü əriştə ilə qarışdırın və üzərinə qaynar yağ tökün. Süfrəyə verərkən əriştə plovun üzərinə hazır toyuq əti qoyun. Əriştə plovu tuyuqsuz da süfrəyə vermək olar. Yeri gəlmişkən deyək ki, bəzən əriştə plovu şəkər tozu və ya balla da süfrəyə verirlər.

0 Yorumlar