Qarderobunuzu Tənzimləməyin

Xüsusilə mövsüm dəyişmələrində, yaydan qışa ya da qışdan yaza keçərkən qarderoblarımıza yəni geyim şkaflarımıza bir əl atmamız lazım gələ bilər. Böyük bir geyim otağınız yoxsa, şkaf qarşısında vaxt itirməmək və geyimlərin bir-birinə qarışmasını istəmirsinizsə qarderob tənzimləmə mövzusunu ayrı bir başlıq olaraq ələ almaqda fayda var. Saxlama qutuları və qarderob tənzimləmə aparatlarından istifadə edərək yer qazana bilərsiniz.

aksessuar


Qarderob alarkən yalnız qapı sayına fikir versəniz siz səhv seçim etmiş olarsınız. Geyim şkafında iştirak edəcək əşyalarınızla qarderobun üst-üstə düşməsi lazımdır. Siyirtməmi yoxsa rəfmi sizin üçün rahatdır, şkafın içində ayaqqabı saxlayacaqsınızmı, paltolarınızı qarderobdamı saxlayacaqsınız, uzun paltarlarınız varmı? Baxın nə çox sual çıxdı bir anda. Bu sualların cavabına uyğun bir qarderob baxmaqda fayda var .

aksessuar

Qarderobunuzu ehtiyaclarınıza görə seçdiniz amma zaman içərisində yığılacaq geyim və aksessuarlar üçün əlbəttə əlavə yerə ehtiyac tələb edilə bilər. Bu vəziyyətdə marketlərdə tapa biləcəyiniz müxtəlif qarderob içi təşkil edici aparatlarla problemlərinizi həll edə bilərsiniz. Yalnız bu xüsusi aparatlar deyil, asılqanlar, qutular, səbətlər də qarderob içi tənzimləmədə işinizə yaraya bilər.

Asılqanlar


Çantalarınızı qarderobun içindən çıxararaq şkafda geyimlər üçün yer edə bilərsiniz. Çantalar üçün yataq otağı ya da girişdəki bir divara asqılıq üçün xüsusi bir yer aça bilərsiniz. Qarderob qapaqları da yenə əşya saxlamaq üçün qiymətləndirilə bilər. Aksessuar asmaq üçün şkaf qapaqlarına asqı asmaq da yenə praktik fikirlərdən biridir.

Qarderob

Əşya az olduğunda qarderob təşkil etmək də asanlaşar. Axtardığınızı asanca taparsınız, geyimlər üst üstə minməz, dağılmaz. Əgər mümkünsə palto, mont, kürk kimi yer tutan geyimləri asılqandan asmağa çalışın. Şkafda geymədiyiniz, məsələn mövsümlük olmayan geyimlər varsa onları bir çanta və ya çamadana qoyaraq şkaf üstünə ya da taxtın altına qaldıra bilərsiniz. Çox geyimləri ehtiyacı olanlarla paylaşmaq da şkafı yüngülləşdirər.

Qarderob

Qarderob nizamlayarkən geyimləri istifadə məqsədlərinə və növlərinə görə sıralamaq işinizi asanlaşdırar. Cins şalvarlar yan-yana, tişörtlər üst üstə, paltarlar bir yerdə olsa axtardığınızı tapmaq asanlaşar. İstəyinizə görə bu növlər arasında ayrıca geyimləri rəng sırasına görə də təşkil edə bilərsiniz. Kimiləri də geyimləri istifadə məqsədlərinə görə sıralamaq istəyə bilər.

Məsələn gecə geyimləri bir yerdə, gündəlik geyimlər bir yerdə ola bilər. Paltar asılqanları da qarderob içinin necə görünəcəyinə təsir edir. Bir nümunə, tək rəng asqılar şkafı daha nizamlı göstərər. Ancaq rəngarəng asqılarla da içinizi açan bir tənzimləmə əldə edə bilərsiniz.

Geyim asqısı


Tərzinizə görə buna siz qərar verəcəksiniz. Bu fotoşəkili nümunələr qarderobunuz üçün ilham qaynağı ola bilər.!

Yorum Gönder

0 Yorumlar