Qar adrenalin və xoşbəxtlik hormonu ifrazını artırır.
Türkiyənin məşhur psixoloqu Əhməd Qurd, yağan qarın ətrafı dümağ örtüklə örtməsi səbəbiylə, bədəndə adrenalin və xoşbəxtlik hormonu ifraz olunmasına səbəb olduğunu açıqlayıb.
Türkiyənin az qala bütün bölgəsi dümağ qar örtüyü ilə örtülüdür. Qar yağışı xüsusilə uşaqları sevindirir. Psixoloq Əhməd Qurd əslində insanı üşüdən, xəstə edən qar yağışının çox sevilmesinin səbəbini, nadir görülməsiylə əlaqələndirib: "İnsan nadir olan bir şeyi gördükdə , hisslərində dəyişmə meydana gəlir.
Bu dəyişmə adrenalini artırır və xoşbəxtlik hormonu ifraz olunmasına səbəb olur. Ayrıca qar yağışı bir hərəkət də gətirir. Hərəkət olduğu zaman insanlar daha xoşbəxt olur" - deyə vurğulayıb.

0 Yorumlar