Qadınların gülüşü 8 formada izah edilir.
Qadın gülərkən dişlərini ağardıb, əlinin birini ağzının bir tərəfinə qoyarsa, bu eqoizm əlamətidir. Qadın gülərkən ağzını bir əli ilə örtərsə bu utancaqlıq əlamətidir.
Bəzi qadınlar gülərkən dişlərini ağardıb, burunlarını qırışdırılar, bu ad ətən qəmginlik əlaməti hesab edilir.
Qadınların çoxu gözlərini yumub, ağızlarını yuxarı açıb gülürlər. Belə qadınlar öz hisslərini gizlətməyi bacarmayan, hər sözə inanan, sadə, həmişə nikbin olan qadınlardır.
Qadınların bəziləri başlarını yana əyərək ağızlarını açıb bərkdən gülürlər, belə qadınlar, sabah ki gün üçün fikirləşmirlər, həm de başqasına kələk gəlməyi bacarmırlar.
Qadınların bəziləri başlarını əyib, ağızılarını açmadan gülürlər, belə qadınları ağıllı, mühakiməli qadın saymaq olar.
Bəzi qadınlar dodaqaltı, dişləri açıq formada gülürlər. Onların gülüş səsi yavaş eşidilir, belə qadınları başqa gülüşlər narahat etmir, geniş fikirli və möhkəm iradəli olurlar.
Bəzi qadınlar gülərkən ağızlarını açmadan gülürlər, dodaq və göz mimikasından hiss edirsən ki, bu qadın gülür. Belə qadınlar ədəbli, məlahətli, düzgün, cazibəli, dözümlü, işgüzar, şəxsiyyətini hər şeydən üstün tutan qadınlardır.

0 Yorumlar