Narlı piroq
Aralık 30, 2013
Lazımdır:
- 4 yumurta
- 1 stəkan şəkər
- 1stəkan un
- Yarım stəkan buğda nişastası
- 1 paket qabartma tozu
- 1 paket vanil
- Arası üçün soyuq südlə hazırlanan pudding
Hazırlanma qaydası:
- Yumurta və şəkəri yaxşıca qarışdırın.
- Nişasta,un və qabartma tozunu yumurta qarışığına əlavə edin.
- Keks bişirəcəyiniz qabı yaxşıca kərə yağı ilə yağlayın.
- Hazırladığınız xəmiri qaba tökün.
- 180 dərəcədə bişirin.
- Bişdikdən sonra qabı quru bir dəsmal üzərinə tərsinə çevirib çıxmasını gözləyin.
- Egər çıxmırsa bıçaq vasitəsi ilə kənarlardan ehmalca çıxardın.
- Tam soyuduqdan sonra iki hissəyə bölün.
- Arasına 3dəq.soyuq südlə hazırlanan pudinngi təlimata uyğun hazırlayıb sürtün.
- Piroqunuzun üstünü krem şanti, nar dənələri və darçınla bəzəyə bilərsiniz.
0 Yorumlar