Münasibətlərdə ən çox yaşanan 7 mübahisə səbəbi

Narahat olmayın, ən xoşbəxt cütlüklər belə mübahisə edir. Cütlərin ən sıx mübahisə etmelərinin səbəbləri və həllərini bilsəniz, tədbirinizi öncədən ələ alıb kiçik anlaşılmamazlıqla sovuşdura bilərsiniz.

Sevgilinizlə elə gərəksiz mövzularda mübahisə etmiş olarsınız ki, geriyə dönüb baxdığınızda peşmanlıq hiss edərsiniz. Kiçik ya da böyük mübahisə və ya müzakirələr əlaqənizin gedişatını təyin edə bilər. İşə yaxşı tərəfdən baxaq; bu şəkildə bir-birinizi daha yaxşı tanıyırsınız və bəlkə illərinizi səhv biriylə xərcləmədən uzaqlaşarsınız.

Bu da əlaqələrdə ən çox yaşanan yeddi mübahisənin səbəbi və çarələri...


1) Alış verişdə razılaşa bilmirik

Münasibətlərin başlanğıcında yeməyə çıxdığımızda variantlar arasında yalnız çiyələk, şokolad və vanil olduğundan işlər çox asan idi! Zaman keçdikcə variantlar və bəyənmələr mövzusunda qarşıdurmalar yaşanması çox təbii di. Xüsusilə bazar günləri mebel salonlarında mübahisə edən cütlüklərə tez-tez rast gəlirik. Qulağa çox qəribə gəlsə də, alternativlər artdıqca kiçik bir altlıq götürərkən belə fikir qarışıqlığının meydana gəlməsi çox normaldır. Bu vəziyyət təbii olaraq hər iki tərəfdə də stressə səbəb ola bilər.

Qarşısını necə almaq olar:

Mağazaya getməzdən əvvəl büdcənizi məhdudlaşdırın. O anda əhəmiyyətli görünən bir qərar, sonradan sizə mənasız gələ bilər. Əgər bir altlıqdan bəhs ediriksə, bunu unutmayın: Zamanla üzərində stəkan ləkələri meydana gələcək və sonsuza qədər sizinlə qalmayacaq. Digər bir deyişlə, əgər qiymət şkalanıza yatırsa və rəngini də bəyəndinizsə heç düşünmədən satın alın... Bu qayda digər şeylər üçün də keçərlidir.

2) Sərxoşkən mübahisə və ya müzakirə etməyin

Gecə yarisi oğlan dostunuzla dalaşdıqdan sonra göz yaşları içində avtomobilinizə əyləşdiniz. Belə bir hadisəni mütləq yaşamısınız. Spirt, normalda çox da şişirdilməyəcək bir hadisəsni böyütmənizə səbəb ola bilər, doğru düşünmənizə mane olar.

Buna görə mübahisə əsnasında söylədiyiniz bir şey sonradan peşman olmanıza səbəb ola bilər. İçkidən əlavə yorğunluq da bu mübahisəni daha təhlükəli bir hala gətirə bilər.

Qarşısını necə almaq olar:

Məntiqli və ya emosional bir şəkildə düşündüyünüzdə içkili bir insanla mübahisə və ya müzakirənin faydasız olduğunu anlaya bilərsiniz. Bu vəziyyətdə, daha az içkili olan tərəfin məsuliyyəti öz üzərinə götürməsi vacibdir. Səhvsinizsə üzr istəmək üçün səhəri gözləyə bilərsiniz. Əhəmiyyətli olan qəzasız bəlasız bir şəkildə evə çatmanızdı.

3) Maliyyə böhranları

Birlikdə tətilə çıxma planları edərkən bir paltara çamadan dolusu pul verməyiniz sevgilinizi əsəbiləşdirə bilər. Siz də onun bu paltarı nə qədər istədiyinizi anlamamasına əsəbləşə bilərsiniz. Əgər maddi baxımdan eyni səviyyədə deyilsinizsə, pul əlaqənizdə böyük problemlər yarada bilər. Əgər bir adam pul yığarkən digəri xərcləmə mövzusunda özünə maneə ola bilmirsə anlaşılmazlıq yaşanması qaçınılmazdır.

Qarşısını necə almaq olar:

Xüsusilə birlikdə yaşayırsınızsa, ikinizin də razılaşdığı bir büdcə meydana gətirmək bunun tək çarəsidir. Pul xərcləmə və büdcə haqqında danışmamanız hər iki tərəfin üzərində təzyiqin meydana gəlməsinə səbəb ola bilər. Və gün gələr o təzyiq bir bomba kimi partlaya bilər. Nəyə sahib olduğunuz və nələr istədiyiniz mövzusunda açıq olun. İkinizi də xoşbəxt edə biləcək ortaq bir nöqtəyə gəlməyə çalışın.

4) Dostlarınıza mütləq zaman ayırın

Hərdənbir öz yoldaşlarınızla çıxmalısınız. Hər vaxt sevgilinizin dostlarıyla zaman keçirməsi sizi sıxa bilər. Bunun nəticəsində qarşıdurma yaşaya bilərsiniz. Cütlər arasında yaşanan gərginliklərin səbəblərindən biri də zaman paylaşmasıdır. Davamlı həyatınızdan fədakarlıq etdiyinizi düşünüb əsəbiləşmək yerinə yaxşı mütəşəkkil olmağa çalışın.

Qarşısını necə almaq olar:

Proqram edin. Bir gündəlik ya da təqvim tutun. Kim kiminlə, harada, nə vaxt və nə qədər müddət görüşəcək deyə qeyd edin. Əgər uzun zamandır birlikdəsinizsə, sevgilinizin yaxın yoldaşlarıyla aranızda ortaq nöqtələr tapmağa çalışın, xüsusilə zaman keçirməkdə xoşlana biləcəyiniz cütləri təyin edin.

5) Orgazm olma problem.

Yataqda keçirdiyiniz uzun saatlar sonunda orqazm olmaq yerinə təminsizlik yaşayırsınızsa ona əsəbiləşməniz təbiidir. Amma gözəl bir nisbət müzakirə mövzusudursa, hər səfərində orqazm olmağı gözləməyin. Sevgilinizə təzyiq yerinə, bir-birinizi yataqda necə təmin edə biləcəyinizi danışa bilərsiniz. Ona kompliment deyin və kiçik tərslikləri böyütməyin.

Qarşısını necə almaq olar:

Nəzakətli və səbirli bir şəkildə onu istiqamətləndirin. Çox açıq fikirli görünsə belə, kişilərin çoxu bu mövzu haqqında çox fikir sahibi deyil. Kişilər sanki bir tapşırıq kimi kitablar oxuyur, suallar soruşar və danışarlar. Qadınlardan tək və ən əhəmiyyətli gözləntiləri isə onlara doğru nöqtənin göstərilməsidir.

6) Köhnə sevgili keçmişdə qaldi

Əlaqənizin bir dövründə mütləq köhnə sevgili üzündən dalaşacaqsınız. Bu münasibətlərdə klassik bir haldır. Xüsusilə də bu problemlər görüşməyə başladığınız günlərdə və ikinizdən biri yeni ayrılan zaman yaşanar. Bunun tək səbəbi, yeni sevgilinizin sizin haqqınızdakı hisslərinə tam mənasıyla inanmamanızdır. Görəsən yer üzündəki tək və ən mükəmməl qadın olduğunuzumu düşünür? Unutmayın ki, eyni şeyi kişilər də fikirləşir. Sizin üçün yaranib yaranmadığı mövzusunda şübhələri varkən niyə köhnə sevgililər haqqında danışırsınız ki?

Qarşısını necə almaq olar:

Keçmişin keçmişdə qaldığını anlamalısınız. Mövzu açıldığında köhnə sevgilini gündəmdən çıxarın. İkiniz üçün nəyin əhəmiyyətli olduğuna fokuslanın. Üçüncü bir adama ehtiyacınız yoxdu. Günün sonunda onunla birlikdə olan o deyil, sizsiniz. Niyə kədərlənəsiniz ki?

7) Xüsusi günləri çox şişirtməyin

Ad günü ya da yeni il kimi xüsusi bir gün üçün xəyal edilən proqram reallaşmayınca cütlər arasında qarşıdurmalar yaşana bilər. Xəyalınızdakı qüsursuz gecə üçün səhərdən etibarən hazırlandığınız halda, o sizi ayaq üstü bir hamburger yeməyə apara bilər. Böyük xəyal qırıqlığının qarşısını almaq üçün xüsusi günlərə istiqamətli gözləmələrinizi təyin etməniz əhəmiyyətlidir.

Gözləntilərinizi çox yüksək tutmağınız, yaşayacağınız xəyal qırıqlığının dərəcəsini artıra bilər. Əgər bunun üçün sevgilinizə həddinnən artıq təzyiq tətbiq etsəniz, sizdən uzaqlaşmasına yol aça bilərsiniz.

Qarşısını necə almaq olar:

Gözləntiləriniz mövzusunda açıq olun. Xəyal etdiyiniz şeyləri ona eyham etmək yerinə açıq aşkar danışmağı təcrübə edə bilərsiniz. Ona ipucları verərkən dəqiq olun....

Yorum Gönder

0 Yorumlar