Bu yeməyi ana yeməkdən öncə - ara yemək olaraq da servis edə bilərsiniz.
4 nəfərlik Bişmə müddəti 35 dəqiqə
İçindəkilər:
- 3 kartof
- 2 toyuq budu
- 5 diş sarımsaq
- 1 kasa doğranmış
- pomidor
- təzə kəklik otu
- duru yağ
- duz
- qara bibər
- 100 qr kaşar pendiri
Hazırlanması:
Toyuq budlarının dərisini çıxarın. Kub formasında doğrayın. Bir tavaya duru yağ töküb doğradığınız bud ətini tavaya alın. Sarımsaqları soyub doğrayın və qovurulan toyuq ətinin üzərinə əlavə edin. 1 kasa pomidoru da ətə qatıb, duz, qara bibər, kəklik otu səpin. Bir əl qaynadın.
Bu arada kartofları da soyaraq kub şəklində doğrayıb başqa bir tavada, bol yağda qızardın. Kirəmit qabın içinə öncə kartofları alın. Üzərinə bişirdiyiniz toyuq budlarını əlavə edib, yayın.
Dilimlənmiş kaşar pendirini də ətlərin üzərinə sırayla yerləşdirin. Öncədən isidilmiş 180 dərəcəlik sobada 10 dəqiqə bişirin.
Sobadan alıb kirəmit qabıyla bərabər servis edin.

0 Yorumlar