Arpacıq soğan, sarımsaqlar və soya sousu hind toyuğu ətinə möhtəşəm ləzzət qatır. Bu yemək mənim yaradıcılığımın məhsuludur. Qonaqlarımın bəyəndiyi hind toyuğu təndirini - sizin qonaqlarınız da bəyənəcək.
6 nəfərlik Bişmə müddəti 1 saat
İçindəkilər:
- 1 kq dərisi soyulmuş və sümükləri çıxarılmış hindtoyuğunun bud əti
- 1 baş sarımsaq
- 5-6 ədəd arpacıq soğan
- 1 yemək qaşığı soya sousu
Hazırlanması:
Hind toyuğu ətini yuyub süzün. Dərin bir qaba alın. Üzərinə soyub təmizlədiyiniz soğan və sarımsaqları əlavə edin. 1 yemək qaşığı soya sousunu ətlərin üzərinə gəzdirib əlinizlə qarışdırın (Soya sousunun tərkibində duz olduğu üçün əlavə duza ehtiyac yoxdur. Soya sousunuz yoxdursa, o zaman yeməyi duz əlavə edərək də bişirə bilərsiniz).
Altı qalın qazana sarımsaqlı, soğanlı ətləri sıx şəkildə yerləşdirib qapağı örtün. Heç su əlavə etmədən tavanı zəif odun üzərinə qoyun. Ətlər bişdikcə suyu çəkiləcək. Bu suyu tavanın qapağını az aralayaraq süzün. Təkrar ocağın üzərinə qoyun. Ətlər yumşalıncaya - təxminən 1 saata qədər bişirin. Düyü qarniri ilə servis edin.
Məsləhət görülən içki: şirin qırmızı süfrə şərabı bu yeməyə çox yaraşır. Istəyə bağlı olaraq yüngül aromatlı bəyaz şərab da içə bilərsiniz.

0 Yorumlar