Bu yeməyi evinizin balaca üzvləri də çox sevəcək.
6 nəfərlik bişmə müddəti 45-50 dəqiqə
İçindəkilər:
- 1 kq toyuq budu
- 3 ədəd kartof
- 3 diş sarımsaq
- 1 yemək qaşığı tomat
- 4-5 ədəd yaşıl bibər
- 1 çay stəkanı duru yağ
- duz
- qara bibər
Hazırlanması:
Duru yağı, tomatı, qara bibəri, sürtkəcdən keçirilmiş sarımsaqları bir qabda qarışdırın. Kartofları soyub yarım ay şəklində doğrayın. Toyuq budlarmı yuyub süzün. Bıçaqla budları bir neçə yerdən yüngülcə vurun. Yeməyi bişirəcəyiniz mətbəx sobası sinisinə toyuqları və kartofları əlavə edin.
Üzərinə hazırladığınız sousu əlavə edərək əlinizlə yayın. Yarım çay stəkanı suyu ətlərin üzərinə gəzdirin. Ən üstdə yaşıl bibərləri yerləşdirin. 170 dərəcəlik sobada 45-50 dəqiqə bişirin.
Məsləhət görülən içki: bu yeməyin yanında soyuq pivə içə bilərsiniz. Pivə və fırında kartoflu toyuq budu damaqlarınızı şənləndirəcək.
Nuş olsunl

0 Yorumlar