4 nəfərlik Bişmə müddəti 1 saat
İçindəkilər:
- 1 ədəd quzu qolu
- 1 ədəd quru soğan
- 1 şorba qaşığı tomat
- ¼ paket kərə yağı
- Yetərincə duz
- qara bibər
- kəklik otu
Hazırlanması:
Quzu ətini, dörd hissəyə böldüyümüz quru soğan ilə qaynadın. Ət qaynayınca, kənarları yüksək fırın qabına çıxarın. Tomatı, əritdiyiniz kərə yağında bir az qovurub yetərincə duz, qara bibər, kəklikotu və əti qaynatdığınız sudan əlavə edib 5 dəqiqə qaynadın. Qaynatdıqdan sonra hazırladığınız bu qarışığı fırın qabına qoyduğunuz ətin yarısına gəlincəyə qədər tökün. Öncədən isidilmiş 185 dərəcəlik fırında əti qızarana qədər bişirin.
Quzu qolunu tərs çevirib sousun içində qalan hissəsini də qızardın. Əti fırından çıxarıb parçalara ayırdıqdan sonra fırın qabında qalan sousu ətin üzərinə gəzdirib düyü qarniri və yaşıl salat ilə servis edin.
Məsləhət görülən içki: bu yeməyin yanında kəmturş qırmızı şərab servis edə bilərsiniz. Turşuluğu az, yüngül aromatlı olmasına diqqət edin.

0 Yorumlar