İlkin addım
- CV -niz originaldırmı , yoxsa bir başqa mənbədən istifadə olunub?
- Kifayət qədər aralıqlardan istifadə olunaraq, hissələri aydın şəkildə müəyyən olunmuş və forma olaraq oxuma istəyi yardırmı? Professional şəkildə dizayn olunmuşdurmu?
- Müraciət etdiyiniz ixtisasa nə qədər uyğun olduğunuzu göstərən bir hissə varmı?
- Həcmi və ümumi görüntüsü iş təcrübənizə, karyeranıza və hədəflərinizə uyğundurmu?
- Xoş təsir bağışlayan və incə bir təqdimatı varmı?
- Yazı şrifti dizayna uyğundurmu və rahat oxumanı təmin edirmi? Bütün mətn boyunca eyni yazı şrifti və standart boşluqlardan istifadə edilibmi?
- Maddələnmə işarələri qalın və xüsusi cizgilərdən istifadə olunaraq oxucunu yönləndirməyə və xüsusi məqamları vurğulamağa xidmət edirmi?
- Yazının tutduğu hissə ilə boş hissələr arasında bir tarazlıq varmı? ( Boşluqlar oxuyucuya rahatlıq verir, amma tarazlığı qorumaq lazımdır. )
- Yazıların başlanğıc və sonluğu düzgün hədəflənmişdirmi?
Bölmələr
- Bütün bölmələrin sinifləndirilməsi aydın şəkildə qurulubmu?
- Bölmələr ən güclü xüsusiyyətlərinizi qabarıq göstərəcək şəkildə sıralanıbmı?
- İş təcrübələriniz ən sonuncusundan başlayaraq sıralanıbmı?
Karyera hədəfi
- Karyera hədəfinizə, ilkin olaraq bir başlıq altında, hədəflərinizdən və bacarıqlarınızdan qısaca bəhs ediləcək yer verilmişdirmi?
- CV- niz müəyyən bir karyera hədəfinə uyğun olaraqmı yoxsa hər işə uyğun olmasını təmin edəcək şəkildə hazırlanmışdır?
- Karyera istiqamətinizi deyişmək üçün hədəflənmiş CV-dirsə bu aydın şəkildə göstərilibdirmi? Təcrübələrinizin yeni karyeranıza uyğun olduğu bəlli olurmu?
Müvəffəqiyyətlər
- Müvəffəqiyyətlərinizin hamısına yer verilmişdirmi?
- Müvəffəqiyyətləriniz rəqəmlərlə göstərilibmi ( məsələn faiz, toplam hissə və ya digər ölçülərlə)
- Müvəffəqiyyətinizin nə olduğu güclü ifadələr istifadə olunaraq vurğulanmışdırmı?
- Məsuliyyətinizlə müvəffəqiyyətiniz bir-birindən ayrılmışmı?
- Yer verdiyiniz xüsusiyyətlər müraciətdə tələb olunan xüsusiyyətlərə uyğundurmu?
- CV-nizin tərkibi karyera hədəfinizi dəstəkləyirmi?
- Müraciət etidiyiniz sektordakı terminləri anlaşıqlı və diqqəti cəlb edəcək şəkildə istifadə etmisinizmi?
- Müraciət etdiyiniz işlə əlaqəsi olmayan müvəffəqiyyətləriniz və mükafatlarınıza yer vermədiyiniz halda əlaqəli və təsiredici olanlara yer vermisinizmi?
Yazı tərzi
- "Mən etdim" " Mənim müvəffəqiyyətimdir" kimi ifadələrdən istifadə etməməli.
- Tərkib olaraq məntiqi şəkildə sıralanmış və axıcı olmalıdır.
- İmla və qrammatik səhvlər olmamalıdır. İndi CV-nizə bir də təkrar diqqət edin!

0 Yorumlar