Çöpdə Kartoflu Küftə

Xanim.net Sizə tez hazırlaya biləcəyiniz, Kartoflu çöp şiş küftənin hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:



  • 5 orta boy kartof

  • 500 qr. az yağlı qiymə

  • 1 ədəd orta boy soğan

  • yarım çay qaşığı istiot

  • parçalanmış yarım çörək içi

  • pulbibər, duz, kimyon

  • 2 ədəd pomidor

  • 2 ədəd uzun bibər

  • 2-3 yemək qaşığı ərinmiş yağ

  • 8-9 ədət çöp şiş.


Hazırlanması:


Qiyməni, rəndələnmiş soğanı, kəklik xaric ədviyyatları çörək və duzu qarışdırıb yoğururuq. Əlimizdə qozdan bir az böyük olacaq şəkildə yumru və yüngül yastı küftələr hazırlayırıq. Küftəmizi hazırladıqdan sonra kartofları çox qalın olmadan(yarım santimetr qədər) yarım ay şəklində doğrayırıq.

Pomidorları və bibəridə dilimləyib hazırlayırıq. Daha sonra çöplərə sırayla kartof, küftə, pomidor və bibəri bütün vəsaitlər bitənə qədər keçiririk. Soba nimçəsinə hazırladığımız çöpləri düzüb üzərinə maye yağ gəzdiririk. Bir az duz və kəklik səpib əvvəlcədən qızdırılmış 200 dərəcə sobada küftə və kartoflar qızarana qədər bişirirk. Bişməyə yaxın sobanı 150 dərəcəyə salırıq.

Ləzzətli küftələrimiz xidmətə hazırdır.

Yorum Gönder

0 Yorumlar