Bişirin! Sizin də vaz keçə bilmədiyiniz yeməklər siyahısına daxil olsun.
4 nəfərlik Bişmə müddəti 20 dəqiqə
İçindəkilər:
- 2 dilim somon balığı
- 2 dilim limon
- 1 çay qaşığı kəklik otu
- 1 dəfnə yarpağı
- 1 çay qaşığı duz
Hazırlanması:
Balıq dilimlərini ortadan iti bıçaqla ikiyə bölün. Beləliklə, əlinizdə 4 som balığı dilimi olacaq. Balıqların hər iki tərəfinə duz və qara bibər səpin. Geniş tava götürün. Tavaya bir stəkan su tökün.
Suyun içinə dəfnə yarpağını, limon dilimlərini və kəklikotunu əlavə edin. Bir aşsüzən götürüb tavaya yerləşdirin. Balıqlar suya dəymədən suyun buxarında bişməlidir. Tavadakı su qaynamağa başlayınca aşsüzənə som dilimlərini yerləşdirin və tavanın qapağını örtün. 20 dəqiqə sonra somon balıqlarınız bişmiş olacaq. Bişmiş somonları servis qabına alın. Qabaq və yerkökülü səbzə qarniri ilə servis edin.
Məsləhət görülən içki: bu yeməklə kəskin aromatlı, öncədən soyuducuda soyudulmuş bəyaz şərab servis edə bilərsiniz.

0 Yorumlar