Bu il rəng taxtına parlaq, içində fuşya və çəhrayı saxlayan bir bənövşəyi ton oturur. Bu rəng həm müsbət enerjini həm də özünə etibarı vurğulayan bir rəngdir. Cəsur rənglərdən biri olduğu deyilə biləcəyi üçün, geniş səthlərdən çox aksessuar rəngi olaraq evdə az istifadə edilməsi daha məqsədə uyğundur.
Parlaq bənövşəyi rəngli xalça, yataq örtüyü, tək kreslo, yemək otağı, mətbəx mebeli ya da tək divar rəngi olaraq istifadə edilə bilər. Bu rəng olduqca şən bir əhval ruhiyyə yaradır. Parlaq orkide rənginə bu il göy mavisi, dənizçi mavisi, narıncı, boz, qum rəngi, sarı, kirəmit rəngi, lavanta rəngi, su yaşılı, şam yaşılı kimi başqa göz oxşayan tonlar da yoldaşlıq edir.
Canlı rənglər boz ya da qum rəngi kimi neytral və pastel tonlarla tarazılanaraq olduqca xoş kombinasiyalara yol açır. 2014-cü ildə dekorasiyadakı trend rənglərini bir yerdə yuxarıdakı sxemlərdə görə bilərsiniz. İndi bu rəng tonlarının evdə necə dayandığına yaxından bir nəzər salaq.
Bənövşəyi tonları evdə istifadə etmək nisbətən daha asan ola bilər çünki bənövşəyi rəng yaşıl, narıncı , sarı, xardal rəngi kimi bir çox fərqli rənglə bir araya gətirmək mümkündür. Narıncı daha gözəçarpan bir rəngdir amma açıq rənglərlə və xüsusilə boz və göy mavisiylə birlikdə qəşəng dayanacaq.
Sarı rəngin bu parlaq tonu, hər nə qədər 2014 rəngləri arasında olsa da, evlərdə nə qədər yayıla bilər, şübhəlidir. Sarı rəng doğru şəkildə evə paylanmazsa şit ya da sadə bir görünüşə səbəb ola bilər. Pantone qrupunun Cayenne deyə adlandırdığı qırmızıya yaxın narıncı daha isti dayanan və ev dekorasiyasında daha məşhur şəkildə tətbiq oluna biləcək bir rəngdir. Canlı rəngləri ağ, bej, açıq boz, qum rəngi və ya krem rəngi kimi neytral rənglərlə tutuşdurmağı unutmayın.
Göy mavisini divarda istifadə edəcəksinizsə mebelləri daha sadə rənglərdə seçə bilərsiniz. Soyuq bir rəng olaraq gördüyümüz boz isə taxtada isidilə bilər.
Canlı rəngləri evə qatmaq üçün xalça, çərçivə, abajur bənzəri aksessuar variantlarınız olduğunu unutmayın. Mövsümün yeni rənglərindən seçəcəyiniz bir dənəsini mətbəx xalçası olaraq ya da salondakı orta ştativdə böyük bir qab şəklində istifadə edə bilərsiniz.
Keçən ilin rəngi zümrüd yaşılı idi. Bu il də yaşılın fərqli tonları, su yaşılı və şam yaşılına yaxın yaşıllar önə çıxır. Su yaşılına yaxın olan rəngi düşünə bilərik. Ancaq son dərəcə rahatlıq verən, zərif və diqqət çəkən bir rəngdir.
Rənglərdən qorxmaq lazım deyil çünki əvvəl bütün evi qahvə rəngiylə doldurur sonra da evimizin darıxdırıcı olmasından şikayət edirik. Rəng seçimində sizə uğurlar.

0 Yorumlar