Lazımdır:
- 500 qr spagetti
- 1 yumurta
- 1 su stəkanı rəndələnilmiş pendir
- 500 qr. sosiska
- 1 su stəkanı təzə göbələk
- Yarım su stəkanı soğan
- 1 diş sarmısaq
- 200 qr. təzə ya da konserv edilmiş pomidor
- Yarım su stəkanı pomidor suyu
- 1 desert qaşığı qarışıq quru kəklik, reyhan, nanə
- 2 yemək qaşığı parmesan
- Qırmızı bibər
- Duz
- istiot.
Hazırlanması:
Spagettiləri paketdə yazıldığı şəkildə lakin duz və yağ tökmədən qaynadıb süzün. Yumurta ağı ilə qarışdırın.Dairəvi formada olan qabı yağlayıb spagettiləri içinə tökün. Qaşıqla basdıraraq düzəldin. Üzərinə rəndələnmiş dil pendirini səpin. Sosiskaları kiçik kublar halında doğrayın. Sarımsağı döyün.
Soğanı, göbələyi və pomidoru xırda-xırda doğrayın. Orta boy bir tavada pomidor, pomidor suyu, sosiska, göbələk, soğan və sarımsağı qarışdıraraq bişirməyə başlayın. Sosiskalar bişincə içinə qarışıq quru otları, duz, istiot və qırmızı bibəri əlavə edin.
Makaronların üzərinə tökün.
Üzərini alüminim falqa ilə bağlayıb 175 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirin. Sobadan çıxarıb üzərinə parmesan tökün. 6 dilim halında kəsib xidmət edin.

0 Yorumlar