İnsanın təbiətində olan qısqanclıq, əslində normal bir hissdir. Amma ipin ucunu qaçırdınızsa və qarşınızdakını boğacaq vəziyyətə gəlmisinizsə sadəcə olaraq məsləhətlərimizə əməl etməyinizdə fayda var!
Qısqanclığın dərmanının "sosiallaşma " olduğunu vurğulayan Mütəxəssis Psixoloq Sinem Demir, “Həddindən artığa yol verməmək şərtiylə film və serial izləyərək “qibtə etmə” hissinizi basdıra bilərsiniz. Amma qısqanclığı cilovlamaq ən doğru yolu, hobbilərinizlə məşğul olmaq, rəqs etmək və şəkil çəkmək kimi ictimai fəaliyyətlərə qatılmaq”-dır deyir.
Hər insanın az və ya çox qısqanclıq hissi təbiidir, əsas odur dozasını qaçırmayın. Çünki əks təqdirdə həm özünüzə, həm də qarşınızdakına zərər verə bilərsiniz. Qısqanclıq öhdəsindən gəlinə bilən ən çətin hisslərdən biridir. Qısqanclığın; qibtə etmə və qibtə etməklə başlayıb, həsəd aparmağa qədər gedə bilər.
"Qısqanclığın əsiri " olmamağınız üçün:
Birinin xoşbəxtliyinə qibtə edirsinizsə, “kaş ki mən də elə xoşbəxt olsam” deyərsiniz, amma o adama pis hisslər bəsləmərsiniz.
Qısqanclıqda isə “ah kaş ki” demənin bir addım kənarına keçər, o adamla həqiqətən bir probleminiz olmasa da, varmış kimi davranarsınız. Yaxşı ehtimalla onu görməməzlikdən gəlirsiniz, pis ehtimalla o adamla kiçik xəyali problemlər çıxararsınız.
Evlilər müalicəsi!
Romantik yoxluqlar hər kəsin həyatında zaman-zaman müşahidə edilir. Bir yoxluğun (itkin, ayrılıq kimi ...) yasını saxlamaq və ya kədərlənmək üçün özümüzə bir müddət istirahət etmək yaxşı təsir göstərə bilər. Amma bu təklik uzun vaxt davam edirsə "yeni var"-lara çevirmək üçün hərəkətə keçməkdə fayda var.
Bu mövzuda baxdığımız filimlər "digərinin xoşbəxtliyinə, fiziki-maddi gücünə qibtə etmə" hissimizi kompensasiya edər. Bir yerə qədər bu yaxşıdır amma təbii ki həddindən artığa yol verməmək sizi "yaşamayan " tək "izləyən" biri mövqeyinə salmamalıdır. Ən yaxşısı isə hobbilərlə məşğul olmaq , rəqs edib, şəkil çəkmək kimi sosial fəaliyyətlərlə sizi əsir alan qısqanclığı cilovlamaqdır.
Həsəd hədəfi oldunuzsa və bu həyatınızı bir-başa təsir edən bir vəziyyətə gəldisə, əgər evliliyinizə təsir edən bir vəziyyət varsa sizə evlilik müalicəsi təklif oluna bilər. Əgər yaşadığnız bölgədə psixoloq və ya psixiatr yoxdursa, o bölgədə həkim, müəllim, tibb bacısı kimi mütəxəssislərdən dəstək və təkliflər ala bilərsiniz.

0 Yorumlar