Ləvazimatlar (6 nəfərlik)
- 4 şorba qaşığı zeytunyağı
- 1 ədəd quru soğan
- 6 ədəd kök
- 4 diş sarımsaq
- 2 şorba qaşığı un
- 5 su stəkanı su
- 1 su stəkanı soyuq su
- 1 şorba qaşığı limon suyu
- 1 şirin qaşığı zəncəfil
- Duz, qara bibər
- Yarım dəstə cəfəri
- 1 çay stəkanı rəndələnilmiş ağ pendir
Hazırlanması: Zeytunyağında kub doğranmış soğan, yerkökü və sarımsağı 5 dəqiqə qovurun. Suyunu əlavə edin və bir buğum qaynadın. Unu əlavə edin və qarışdıraraq şorbanızın 15 dəqiqə bişirin.
Limon suyu, duz, zəncəfil və qara bibəri əlavə edin və mətbəx robotuyla şorbanızın hamar olana qədər qarışdırın. Yeyərkən üzərinə cəfəri və pendir səpin.

0 Yorumlar