Lazımdır:
- 6 ədəd toyuq budu
- 4 ədəd orta boyda kök
- 3 ədəd orta boyda balqabaq
- 2-3 diş sarımsaq
- 2 şorba qaşığı maye yağ
- 3 şorba qaşığı marqarin
- 3 şorba qaşığı un
- 500 ml süd
- 1 kasa rəndə kaşar pendiri
- Yarım dəstə cəfəri və şüyüd
- Duz, istiot, qırmızı toz bibər
Hazırlanması:
Toyuq budları yaxşıca yuyulduqdan sonra qazana qoyularaq qaynadılar. Kök və balqabaqlar rəndələnir. Sarmısaqlar tavada maye yağda öldürülür. İçərisinə rəndələnmiş kök və balqabaqlar da əlavə olunur. (Tərəvəzlərin üzərinə bir miqdar duz əlavə edilsə tərəvəzlərin ləzzəti yeməyə daha yaxşı keçər) Ocaqdan götürənə yaxın üzərinə incə doğranmış cəfəri və şüyüd əlavə edin.
Beşamel sousu üçün marqarin qazanda əridilir və un əlavə edilərək qovurulur. Un qovurulduğunda süd əlavə olunur və davamlı qarışdırılaraq konsistensiyaya gəldiyində ocaqdan alınar (Beşamel sous tünd olsa bir miqdar daha süd əlavə edə bilərsiniz.)
Əvvəldən qaynadılan budların ətləri sümüklərindən ayrılaraq (çox kiçik parçalar olmayacaq şəkildə) nimçəyə düzülür. Üzərinə duz və istiot səpilir. Toyuqların üzərinə əvvəl beşamel sousu, onun üzərinə də əvvəldən hazırlanan tərəvəzlər səliqə ilə yayılır.
Üzərinə rəndədən keçirilmiş kaşar pendiri (kaşarların üzərinə qırmızı toz bibər səpilsə daha gözəl qızarar) səpilərək qazanda kaşarlar əriyənə qədər qızardılıb xidmət edilir.

0 Yorumlar