Bədəniniz qışa hazırdır?

Xəstəlik mövsümü qış aylarını yatağa düşmədən sovuşdurmaq üçün nələr etməli? Bədəni qışa necə hazırlanmalı? Nələrə diqqət etməli? Nələri etməməli Mütəxəssislər, Sağlam qış keçirtmək üçün, nizamlı yuxu, hər gün ilıq duş, qidalanmağı, diş və ağız sağlamlığına lazım olan əhəmiyyətin verilməsini təklif edir.

İsti yay günləri artıq geridə qaldı. Günlər qısaldı, havalar sərinlədi. Günəş üzünü göstərsə də qəmginliyi və xəstəlikləri ilə qış qapımızdadır. Görəsən bədəniniz qışa hazırdırmı? Soyuqdəymə, qrip, bronxit kimi sizi pusquda gözləyən xəstəliklərə qarşı nələr etməlisiniz Nələrə diqqət yetirməlisiniz. Sağlam qış keçirtmək üçün nələr etməyimiz lazım olduğunu Cerrahpaşa Tibb Fakültəsi döş Xəstəlikləri Prof. Dr. Əhməd Rasim Küçükusta, sizlər üçün izah etdi.

Nizamlı yuxu

Yuxu, sağlamlığınız üçün çox əhəmiyyətlidir. Nizamlı yuxu, bədənimizi infeksiyalara qarşı gücləndirir. Gündə 8 saat yatın. Mümkün olduğu qədər həmişə eyni saatlarda yatağa girin. Erkən yatın, erkən qalxın. Nə çox qalın, nə də çox nazik geyinin, yəni nə üşüyün nə də tərləyin. Çox qalın və yun geyimləri yerinə, bir çox nazik paltarı üst-üstə geyinin. Çətirsiz küçəyə çıxmayın. Günəşi qaçırtmayın Günəşli günləri qiymətləndirin. Hər fürsətdə günəşlənin. Günəş şüalarının bədənin müdafiə etmə sistemini gücləndirici təsirləri vardır. D vitamini meydana gəlməyini artırır, kalsium metabolizmasına dəstək olur.

Mümkünsə hər gün ilıq duş alın.

Duş, bədənə dirilik, enerji və güc verir. Günün yorğunluğunu duşla daha asan çıxara bilərsiniz. Sauna da sağlamlıq üçün faydalıdır. Tərləyərək bədəninizi toksinlərdən uzaqlaşdıra bilərsiniz. Bədənin gah isti gah soyuq suya məruz qalması, qan dövranını artırar. Həftədə 1 gün sauna kifayətdir.

Ağız sağlamlığına əhəmiyyət verin

Dişlərinizi və diş ətlərinizi gündə ən az 2 dəfə fırçalayın. Hər gün bir neçə dəfə ağzınızı soyuq suyla qarqara edin. Çürük dişləriniz varsa, mütləq diş həkiminə gedin.

İdman edin.

İdman insanı həm sakitləşdirir, həm sinir sistemini rahatlaşdırır, həm də immunitet sistemini gücləndirir. İdman edən insanlar infeksiyalara daha davamlıdırlar. Fürsət tapdığınızda şəhər yaxınındakı meşə və parklarda gəzintiyə çıxın, velosiped sürün, tennis oynayın. Qidalanmada bol tərəvəz və meyvə yeyin. A, C və E vitaminləri zəngin olan soğan, Sarımsaq, kök, Limon, portağal, naringi, qreypfrut, yaşıl bibər, Kahı və xiyarı süfrənizdən əskik etməyin. Bitki mənşəli yağları itifadə edin. Həftədə ən az 1 dəfə balıq yeyin.

Siqaretdən uzaq olun.

Siqaret və spirtin hər ikisi də sağlamlığınızın düşmənləridir. İmmunitet sistemini çökdürür, infeksiya və allergiyalara zəmin hazırlayır. Bir çox xərçəngin səbəbi siqaret və alkoldur. Siqaret çəkilən mühitlərdə olmaq belə zərərlidir. Bu mövsümdə bağlı mühitlərdə zamanınızı keçirdiyimiz üçün, iş yeri və evimizin havasının təmiz olması çox əhəmiyyətlidir. İdeal otaq istiliyi 20 dərəcədir. Otaqlarınızı hər gün havasını dəyişdirin. Otağa su qabları qoyaraq mühitin havasının nəmli olmasını təmin edin, çünki quru Hava tənəffüs yollarını qıcıqlandırır. Allergiyanız varsa, evdə pişik, it, quş kimi tüklü heyvanları saxlamayın.

Yorum Gönder

0 Yorumlar