Məlumata əsasən, xəstəlik baş ağrıları və gözlərin yorğunluğu olan insanları daha tez tapır. Hərəkətsizlik, qan dövranının zəifləməsi, yorğunluq xəstəliyə yoluxmanı asanlaşdırır. Allergiya və digər xroniki xəstəliklər orqanizmi zəiflədir.
Gündə 3 dəfədən az qidalanırıq. Bu da əksər hallarda isti yeməklər deyil, buterbrodlar olur. Orqanizmdə vitaminlər kifayət etmir. Bu zaman infeksiyalarla mübarizə aparmağa orqanizmin gücü çatmır.
Bəs xəstəliklə necə mübarizə aparmaq olar?
- Çalışın siqaretdən qaçın, bütün pis vərdişlərinizi atın! Fiziki işlər görmək, piyada gəzmək olar. Hər gün 3-5 kilometr piyada gəzmək lazımdır.
- Günəş və təmiz hava qəbul etmək. Bu bizim ən vacib vitaminimizdir. Təmiz hava beynə çox yaxşı təsir edir.
- 7-8 saatdan az olmayaraq yatmaq.
- Düzgün qidalanmaq. Gündə 3 dəfə və isti yeməklərlə qidalanın. Meyvə və tərəvəzlərdən daha çox istifadə etmək lazımdır.
- Stress və yüklənmədən kənar qaçmaq. Gündəlik plan qurmaq da faydalı ola bilər.
- Orqanizmi möhkəmləndirmək, idman etmək. İstənilən yaşda buna başlamaq olar.
- Qalın geyinməyin. Təbii geyimlərdən istifadə edin. Əgər siz qripə qarşı peyvənd olunmaq istəyirsinizsə, bunun üçün ən yaxşı vaxt sentyabrın sonunu, oktyabrın əvvəllərini seçin.

0 Yorumlar