Ən bahalı büsqalterlər

“Victoria Secret”in Bra kolleksiyası hər iki mənada göz qamaşdırır. Brendin hər il keçirilən dəfilələrində mələklərdən biri “Fantasy Bra” adlandırılan kolleksiyadan bahalı qaşlarla bəzədilmiş büsqalterlər geyinmək şansı qazanır.

Bu günə qədər Haydı Klum bu büsqalterlərdən 3 ədəd geyinib. Jizel Bundxen, Tyra Banks, Karolina Kurkova və Adriana Limaya isə 2 dəfə geyinmək nəsib olub. Ən bahalı büsqalteri isə Jizel Bündxen reklam edib. 2000-ci ildə hazırlanan büsqalterin dəyəri 15 milyon dollar idi. Jizel Bündxen o zamanlar ən bahalı büsqalteri geyindiyi üçün Ginnesin Rekordlar kitabına da düşüb.

Bu il isə Candice Svanepoel 10 milyon dollarlıq büsqalteri geyinib. Büsqalterin üzərində 18 karat qızıl və armud formasında 52 karatalıq yaqut qaşı var.

Bu günə qədər geyinilən ən bahalı büsqalterlər

  • 1996 - 1 milyon $ - Klaudia Şiffer

  • 1997 - 3 milyon $ - Tyra Banks

  • 1998- 5 milyon $ - Daniela Petov

  • 1999 - 10 milyon $ - Haydi Klum

  • 2000 - 15 milyon dolar - Gisele Bündchen

  • 2001 -12 milyon $ - Haydi Klum

  • 2002 - 10 milyon $ - Karolina Kurkova

  • 2003 - 11 milyon $ - Haydi Klum - 2004

  • 10 milyon $ - Tyra Banks

  • 2005 - 12.5 milyon $ - Jizel Bundxen

  • 2008 - 5 milyon dolar - Adriana Lima

  • 2009- 3 milyon $ - Marisa Miller

  • 2011- 2.5 Milyon $ - Miranda Kerr

  • 2012- 2.5 milyon $ - Alessandra Ambrosio


[justified_image_grid facebook_id=122845817774316 facebook_album=598989596826600]

Yorum Gönder

0 Yorumlar