Üzdə makiyajla yatan xanımların diqqətinə!

İngilis mütəxəssislər, makiyajla yatan qadınlarla bağlı araşdırma aparıblar. Araşdırma sonunda üzlərindəki kosmetika qalıqları ilə yatan qadınların, 10 yaş daha erkən yaşlandığı məlum olub.

Yaxşı təmizlənməyən dəri tez qırışır. Makiyajla bağlı xətalardan birincisi onun doğru şəkildə təmizlənməməsidir. Dəridə qalan makiyaj vasitələri onun qalınlaşmasına, erkən qırışlara, məsamələrin böyüməsinə, dərinin rənginin solğunlaşmasına səbəb ola bilər.

Mütəxəssislər: "Dəridəki makiyaj qalıqları yuxu əsnasında məsamələri tıxayır. Bu da yaşlılığa gətirib çıxarır" -deyə prosesi izah ediblər.

Yorum Gönder

0 Yorumlar