Nəmləndirici kremlərin dərini qoruması heç kəsə sirr deyil. Yay mövsümündə tər vasitəsilə dərinin suya daha çox ehtiyacı olur və bu tələbatı nəmləndirici kremlər ödəyir.
Qış mövsümündə də dəridə quruluq yaranır və təbii ki, burda da köməyə məhz bu kremlər gəlir. Ancaq nəmləndirici kremlərdən düzgün istifadə edilmədikdə xoş olmayan nəticəylə qarşılaşa bilərik. Qarşıda Xanım.net istifadəçilərinə dəriyə qulluqda nəmləndiricilərdən doğru istifadə haqqında məlumat verəcəyik.
Bəzi xanımlar nəmləndirici kremlərin əhəmiyyətini bilsələr də ondan istifadə qaydasını və daha nələr etmək lazım olduğunu bilmirlər. Unutmayın ki, gündəlik orqanizmin suya olan ehtiyacını ödəməzsinizsə bu kremlərin də faydası olmayacaq. Çünki, nəmləndiricilər suyu tam əvəz edə bilməzlər. Dərinizi təbii sudan əsla məhrum etməyin.
İndi gələk əsas məsələyə. Nəmləndirici kremləri dəriyə tətbiq edərkən bunu sərt sürtməyin. Düşünməyin ki, kremi nə qədər sərt və iti hərəkətlərlə vursanız bir o qədər yaxşı təsir ala bilərsiniz. Əksinə belə olduqda krem boşuna gedər və dəri tez qocalar.
İlk olaraq kremi əllərinizin içərisində yaymalısınız. Daha sonra yumşaq bir şəkildə sadə hərəkətlərlə üz dərisinə yedirtməlisiniz. Bu bir neçə dəqiqə davam etməlidir. Beləcə, nəmləndirici dəriyə yaxşı hoparaq funksiyasını doğru yerinə yetirəcək.
Eyni üsulu yalnız nəmləndiricilərdə deyil, eyni zamanda digər kremlər üçün də istifadə etmək mümkündür. Saç kremlərində də bu üsul praktikdir.

0 Yorumlar