Yay mövsümündə istiyə öyrəşən əllər qışda çatlamağa başlayır. Bir çoxları isə demək olar ki, bu prosesin hər soyuq havada təkrarlanmasından artıq bezib. Bəzi məqamlara diqqət yetirməklə bu halın qarşısını ala bilərsiniz. Əlləri soyuq havalara hazırlamaq istəyirsinizsə qarşıda təqdim edilən çox sadə təkliflərə riayət etmək kifayət edər.
- Soyuq havada çölə çıxanda mütləq əlcəkdən istifadə edin. Soyuq və isti havaya tez-tez düşən əllər nəmliliyini itirə bilər. Bunun üçün də əllərdə hər zaman eyni isti temperaturun olması önəmlidir.
- Hər gecə yatmazdan öncə əllərə qliserin tərkibli kremlər tətbiq edin. Bu vazelin də ola bilər.
- Ev işləri görərkən rezin əlcəkdən yaralanın. Əllərinizi uzun müddət suda saxlamayın.
- Gün ərzində kifayət qədər su qəbul edin. Dərini susuz saxlamayın. Qurumasına şərait yaratmayın.
- Xüsusilə qış mövsümündə bol-bol meyvə və tərəvəz qəbul edin. Vitamin çatışmazlığı dərinin quruyub çatlamasına gətirib çıxara bilər.

0 Yorumlar