Zaman-zaman bəzi insanlarda ağızda yaranan xoşagəlməz qoxular narahatlığa səbəb olur. Belə ki, ağız qoxusu hər kəsin ağzında olan gündəlik bakteriyaların yığılması nəticəsində yaranan qoxudur.
Patoloji ağız qoxusu isə ətrafdan hiss ediləcək dərəcədə olur. Ağız qoxusu lokal və sistemik xəstəliklər səbəbiylə də ortaya çıxır.
Ağızdakı çürük dişlər, plomblar, köhnəlmiş örtmələr, dil üzərində yığılmış mikroorqanizmlər və yaranan faringit lokal səbəblərə aiddir.
Bağırsaq, mədə, qaraciyər xəstəliklərindən yaranan ağız qoxusu sistemik səbəblərə aiddir.
Ağız qoxusundan xilas olmaq üçün ilk növbədə dişlərə xüsusi qulluq etmək, dişarasında olan qida qalıqlarını və dili təmizləmək vacibdir.
Çoxlu su içmək ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteriyiların yuyulub aparılmasına kömək edir.
Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olmaq da lazımdır. Gün ərzində nanəli konfetlərdən istifadə etmək ağızda yaranan pis qoxunun qarşısını alır.
Bəzi xəstələr qarqara və nanəli şəkər ilə ağız qoxusunu tam həll edə bilmirlər. Qarqara təsiri keçdiyində ağızdakı qoxu davam edir.

0 Yorumlar