Oturaq, rejimli işə sahib insanlarda bel, boyun və kürək ağrıları arta bilər. Bel və qarın əzələlərinin güclü olması, həddindən artıq əzələ gərginliklərinin ortadan qaldırılması üçün üzgüçülük, yoqa və pilates faydalıdır. Üzmək bel ağrısına çox müsbət təsir göstərir. Üzmə imkanı olmayanlar üçün onurğaya istiqamətli məşqlər edilməlidir. Masa başında edilə bilən çox sadə məşqlər var. Bunlar gündə təxminən 30-40 dəfə təkrarlandıqda bel və ya boyun ağrıları üçün çox faydalı hesab olunur.
İlk vaxtlarda müxtəlif tədbirlər, məşqlər və ağrı kəsicilər sayəsində həmin problemlər müalicə oluna bilir.
Tədbir görülmədikdə isə irəliləyən zamanlarda xroniki xəstəliklərə yol açır. Xüsusilə oturaraq işləyənlərdə rast gəlinən bel ağrıları, insanın bel yırtığı olma riskini də artırır.
Məlumata görə bel ağrılarının böyük qismi dərman və məşq müalicəsiylə, az qismi isə əməliyyatlarla önlənə bilir. Stressli iş şəraiti altında şiddətlənən ağrılara qarşı ən yaxşı həll isə doğru bir oturma şəkli və nizamlı məşqlərdir. Masa başında işləyənlər oturarkən hər zaman kürəyi kürsüyə dəyəcək şəkildə oturmalıdırlar. İş əsnasında onurğanın həddindən artıq dərəcədə önə və arxaya çəkilməsi və ya yanlara bükülməsinə yol açan hərəkətlərdən çəkinmək lazımdır.
Kompüter ekranından çox uzaq olmamalı, ekran göz xəttinin nə çox üstündə nə də çox altında olmalıdır. Dizlər 90 dərəcəlik bir bucaq təşkil etməlidir. Gün içində fasilələr verməklə əzələ və oynaqların istirahətinə və yenilənməsinə imkan verilməlidir. Kreslo düzənləmələri dəyişdirilməlidir. Bunun sayəsində kreslo nizamı oynaqlara təsir etdiyindən kreslonun səbəb olduğu əzələ əzilmələri və s. problemlər önlənə bilər.
Həmçinin gündəlik həyat və iş mühitində belə zərər verən faktorlardan uzaq olmaq, beli yormamaq və onu düzgün istiqamətdə tutmaq vacibdir. Məsələn, ayaq üstə və ya oturarkən duruşa diqqət yetirmək, ağır əşyaları doğru bir şəkildə qaldırmaq və daşımaq, düzgün uzanmaq və s. Bu məsələdə başlıca olaraq yataq otağını və yatağı düzgün seçmək, doğru mövqedə yatmağa vərdiş etmək vacibdir.

0 Yorumlar