Ondan necə ayrılmalı?

Əgər münasibətlərə nöqtə qoymaq haqqında düşünürsüzsə o zaman diqqətli olun və bəzi məqamlarda necə davranmağı öyrənin.

Münasibətdə nələrinsə yolunda getmədiyini düşünürsüzsə və ayrılmaq haqqında qərar vermisinizsə qərarlı olun və məntiqli davranın.

Dəfələrlə onu bəzi mövzularda xəbərdar etmisiz amma o bunu bilə-bilə yenə də səhvlər edir, sizə göz yaşından başqa bir şey vermirsə və ən əsası onunla xoşbəxt bir gələcək görmürsüzsə demək ki, artıq ayrılıq zamanı gəlib.

Ilk olaraq onunla danışın və əlaqələrin davam edə bilməyəcini bildirin.

Açıq və dəqiq danışmaqdan çəkinməyin.

Yenidən bir başlanğc ola bilər kimi davranmayın. Ondan ayrılandan sonra çox tək qalacağınızı düşünüb fikrinizdən daşınmayın.

Ona ayrıldıqdan sonra bir ümid verməyin, ikibaşlı sözlər işlətməyin  və ən əsası da görüş təklif edərsə bunu qəbul etməyin. Dəyişəcəyini söyləsə də buna inanmayın, siz onu zamanında dəfələrlə xəbərdar etmisiniz axı.

Ayrıldıqdan sonra özünüzü pis hiss edirsinizsə qətiyyən telefona yaxın getməyin, çünki səhvinizi təkrar edə bilərsiz.

Ömür boyu bədbəxt olmaqdansa bir müddət acı çəkmək daha məntiqlidir.

Yorum Gönder

0 Yorumlar