Tərkibi:
- 150 q kəsmik
- 300 q çuğundur
- 50 q şüyüd
- 50 q cəfəri
- 50 q xırdalanmış qoz
- 3-4 x.q. zeytub yağı
- 1 soğan
- 2 bişmiş yumurta
- duz
- zirə - istəyə görə
Çuğunduru yuyub bişirin. Sürtgəcin orta gözündən keçirin. Soğanı, cəfəri və şüyüdü xırda doğrayın.Yumurtaları xırda kub şəklində doğrayın.
Kəsmik, yumurta, soğan, qoz, göyərtini qarışdırın, zövqə görə duz və zirə əlavə edib qarışdırın.
Boşqaba çuğunduru düzün. Üzərinə 1-2 qaşıq zeytun yağı əlavə edin. Kəsmikli qarışığı üstünə çəkin. Üzərinə xırda doğranmış göyərti əlavə edin.

0 Yorumlar