Avstraliyalı elm adamlarının apardığı araşdırmada cütlüklərin yaşları, daha əvvəlki əlaqələri və hətta siqaret çəkib-çəkməməsi kimi faktorların evliliklərin davam edib-etməyəcəyinə təsir göstərdiyi bildirilib.
Araşdırma xanımların həyat yoldaşlarından 7 yaş ya da daha çox böyük olan və 25 yaşdan tez evlənən kişilərin yoldaşlarından boşanma ehtimalının digərlərinə nisbətdə iki qat çox olduğunu ortaya qoyub.
Araşdırma uşaqların da bir evlilik ya da əlaqənin uzunluğuna təsir edən faktorlar arasında göstərib. Lakin ərlərindən daha çox uşaq sahibi olmaq istəyən qadınların boşanma ehtimalının da daha çox olduğu qeyd olunub.
Valideyinləri ayrılan ya da boşanan qadın və kişilərin 17%-inin də boşandığı bildirilir.
Araşdırma ayrıca, ikinci ya da üçüncü evliliyini edən cütlərin ayrılma ehtimalının, ilk evliliyini edənlərdən 90% çox olduğunu meydana çıxarıb.
Evliliyin qorunub saxlanılmasında heç şübhəsiz pulun da rol oynadığı, yoxsul ya da ərləri işsiz olan kəslərin 16%-nin ayrıldıqları məlum olub.
Ər-arvaddan birinin siqaret çəkib-çəkməməsi vəziyyətində də əlaqənin müvəffəqiyyətsizliyə uğraması ehtimalının daha çox olduğu müşahidə edilir.
Cütlüyün ayrılma ehtimalına az təsir edən faktorlar arasında, uşaq sayı və uşaqların yaşları, qadının iş statusu kimi səbəblər yer alıb.

0 Yorumlar