Sevgi münasibətlərində meydana çıxan 10 əsas problem

Xoşbəxt və sağlam münasibətlərin təməlində sevgi, hörmət və qarşılıqlı anlayış dayanır. Lakin zaman-zaman sevgi dolu münasibətlərdə də problemlər yaşanır. Araşdırmalara görə, aşağıdakı məsələlər sevgililər arasında ən çox problem olan məsələlərdir:

"Mən demişdim"

Əslində bu cümləni yalnız evliliyinizdə deyil, bütün əlaqələrinizdə sərf etməməlisiniz. Bəli, siz bir şeyi bilib, qarşınızdakını xəbərdar etmiş ola bilərsiniz və qarşınızdakı sizi dinləməmiş ola bilər. Mövzu hər nə olursa olsun, "Mən demişdim" və ya "Mən bunu sənə söyləmişdim" kimi cümlələri istifadə etməyin.

"Kaş ki ..."

"Kaş ki" keçmişdə etdiyimiz bir şeylə əlaqədar peşmanlığın ən dəqiq ifadəsidir. Özümüzü müsbət hiss etməyiniz üçün bu sözdən istifadə etməməyinizi və həyat yoldaşınızın fiziki və mənəvi özəlliklərini təhlil edərkən "kaş ki belə olsaydı" xəyalpərəstliyinizdən yaxa qurtarmağınızı məsləhət görürük.

"Onun sevgilisi belə etmir..."

Onu heç kimlə müqayisə etməyin. Müsbəti ilə, mənfisi ilə o Sizinlədir.

"Sən bacarmırsan, ver mən edim"

Xüsusilə söhbət bir vinti sökmək və ya televiziyanın kabelini bağlamaqdırsa ... -bu cümləni əsla istifadə etməyin. Kişilərin özləriylə ən çox öyündüyü mövzulardan biri də əl bacarıqları, təmir işləridir. Əgər belə kiçik işlərlə özünə güvən hissi artırsa, buna izin verin. Bu mövzuda hər iki tərəf bir-birinə anlayışlı olmalıdır. Onun edə bilməyəcəyi bir iş olsa belə, bunu kobudcasına bildirməyiniz doğru deyil. Siz onunla bir həyatı paylaşırsınız, bir iş nədir ki...

"Sən onsuz da beləsən"

"Sən onsuz da pis adamsan" və ya "Sən çox eqoistsən" kimi şəxsiyyətə dair sərt ifadələr münasibətlərdə yolverilməzdir. Unutmayın, yoldaşınızın şəxsiyyət və xarakteri üzərinə deyil, sizi üzən, əsəbləşdirən hərəkətləri haqqında normal, sivil şəkildə müzakirə aparmaq daha doğrudur.

"Niyə?"

Niyə - yerində və qədərində istifadə olunduqda çox normal bir sualdır. Amma çox tez istifadə edilməyə başlandığında narahat edici, hətta qarşınızdakını dəli edəcək qədər yorucudur. "Niyə bu gün mənimlə az məşğul olmusan", "Niyə saçımı fərq etmədin" kimi ard-arda gələn suallar bir kişini o mühitdən uzaqlaşdıra bilər.

"Mən sənin üçün etmişdim ..."

Onun üçün etdiyiniz şeyləri qarşılıqsız edin. Hər hansı bir fədəkarlığınızın məcburi qarşılığını gözləyirsinizsə xəyal qırıqlığına uğraya bilərsiniz.

"Bu gün canım istəmir"

"Bu gün canım istəmir", "Çox başım ağrıyır, başqa zaman" kimi yataq cümlələrinin davamlı istifadəsinin evliliyinizi pis təsir edəcəyini unutmayın. Çünki cinsi problemlər, evlilik problemlərində ən çox qarşılaşılan mövzulardır.

Yorum Gönder

0 Yorumlar