Mütəxəssislər qadın və kişinin qısqanclıq səbəblərinin fərqli olduğunu söyləyir. Qadınlar öz zəmanətlərini itirməkdən, kişilər isə tamamilə nəsillərinin davamını təhlükədə görməkdən ötəri şüuraltında qısqanclıq hissi ilə hərəkət edərlər. Buna görə əksəriyyətlə kişilərin qısqanclığı daha aqressiv şəkildə üzə çıxır.
Psixiatrlar həddindən artıq dərəcədə qısqanclıq hissinin xəstəlik olduğunu, hətta bir sıra digər xəstəliklərə yol açdığını söyləyir. Yaxşı bəs, görəsən qısqanclıq nə zaman təhlükəli bir hal alar?
Qısqanclıq fərdlərin zehinini davamlı əyləndirən və sürətlə böyüyən bir duyğudur. Bu səbəbdən adamın həyatını və onunla ortaq əlaqə yaşayan adamı da əhatə edir.
Bu mənfi duyğularla birlikdə adam davamlı bir nəzarət mexanizmi inkişaf etdirmək istər. Təqib etmə, mobil telefonuna nəzarət etmə, çantanı qarışdırma, gərəksiz yerə sevdiyi insanı sınama kimi.
Qısqanclıq sevgi əlaməti kimi tanınır. Lakin ifrata varan qısqanclıq xəstəlik hesab olunur və psixoloji dəstəyə ehtiyac var.

0 Yorumlar