Qida qəbulundan sonra bunları etmək olmaz!

Qida qəbulundan sonra icra etdiyimiz bir sıra proseslər sağlamlığımız üşün ciddi təhlükədir. Xanım.net həmin təhlükəli prosedurlardan bəzilərini diqqətinizə çatdırırır. Beləliklə, yemək yedikdən sonra bunları etməməyə çalışın:

Qida qəbulundan dərhal sonra meyvə yemək mədənin hava ilə dolmasına səbəb ola bilər. Daha yaxşı olar ki, meyvəni yeməkdən 1 saat sonra yeyin.

Bu həzm üçün daha faydalı olacaq.

Qidalanmadan dərhal sonra içilən çay qidanın həzmini çətinləşdirir, proteinlərin orqanizmdə sovrulmamasına, vitaminlər tam yararlana bilməməyimizə səbəb olur.

Xüsusilə qan azlığı olanlar buna diqqət etməlidirlər. Çay üçün ən doğru zaman yeməkdən bir saat sonradır.

Yeməkdən sonra edilən gəzinti, yediyimiz yeməyin heç bir faydasının qalmamasına yol açır. Gəzintini 1-2 saat sonraya saxlasınız yaxşı olar.

Qida qəbulundan sonra duş qəbulu qan dövranının əl və ayaqlarda sürətini artırır, mədə ətrafında qan dövranını çoxaldır ki, budə həzm üçün son dərəcə təhlükəlidir.

Bundan əlavə, qida qəbulundan sonra yatmaq da orqanizmə ziyandır. Ona görə də tox qarına yatmamağa da diqqət yetirin.

Yorum Gönder

0 Yorumlar