Hər şeydən əvvəl özünüzə güvənin və özünüzü sevin. Unutmayın, sizə əhəmiyyət verməyən bir kişi üçün məşğul olmağa dəyməz!
Gülümsəyin
Söhbət heç də süni təbəssümlərdən getmir. İçinizdən gəldiyi kimi, bütün səmimiyyətinizlə hər zaman gülərüz və mehriban olmağa çalışın.
Bir az ərköyün olun, amma çoxbilmiş olmayın
Hər kişi, hərdənbir qarşısındakı ilə zarafat etmək istəyər. Onların diqqətini çəkmənin ən yaxşı yollarından biri budur.
İdmanı sevin
İdman asılısı olmanıza ehtiyac yoxdur, amma idmandan həzz almağınız onun da xoşuna gələcək. Sevdiyi idmanın təməl qaydalarını öyrənməyə çalışın.
Zarafatcıl olun
Kişilər, zarafat anlayışı olan qızlardan xoşlanarlar!Kişilər, yanlarında özlərini rahat hiss etdikləri qadınlara aşiq olarlar. Önəmsiz hadisələrdən stress yaratmayın.
Məşğul olun
Hər çağırdığı zaman əmrində olmayın. Sizin də bir həyatınız olduğunun fərqinə varmasını təmin edin.
Çılğın olun, amma dəli olmayın
Kişilər dəli qızlardan xoşlanarlar, amma bunu şişirdilmiş bir səviyyəyə çatdırmamalısınız. Əylənin, amma sərhədləri aşmadan.

0 Yorumlar