Xanım.net bu dəfə Sizə mərmər səthlərinizə qüsursuz parlaqlıq bəxş etmək üçün yeni tövsiyyələrini təqdim edir:
Boyalı ləkələr
Qəhvə, içki və nikotin ləkələri içinə bir neçə damla amonyak qatılmış paltar suyu ilə ovalandığı halda yox olur. Sonra duru suyla silməyi unutmayın.
Mürəkkəb ləkəsi
Bir neçə damla amonyak və 20% nisbətində oksigenli su qarışığıyla ləkələri ovun. Quruyanda mərmər səthi yumuşaq bir bezlə parladın.
Yağ ləkələri
Mərmər üzərindəki yağ ləkələrini çıxartmaq üçün benzindən istifadə edin. Ancaq bu işi atəşdən uzaqda etməyi unutmayın.
Saralan mərmərlər
Sabunlu suyla silin, sonra duz qatılmış limon suyuyla ovuşdurun, durulayıb qurudun.
Pas ləkələri
Oksalit turşusu pas ləkələri üçün əhəmiyyətlidir. Bir qaşıq oksalit turşusunu az miqdarda isti su içində əridin. Buna batırdığınız bir bezlə ləkəli yerləri ovun.

0 Yorumlar