Möcüzəvi hesab olunan balın köməyi ilə zəif, arıqlamış xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır.
- Təbii bal antivirus xüsusiyyətləri ilə infeksiyalara, mikroblara qarşı təsirli vasitə hesab olunur.
- Bal həmçinin diş bakteriyaları zərərsizləşdirməyə də kömək edir. Belə ki, bu məcun dişlərdə ərpin meydana gəlməsini azaltmaqla yanaşı, ağız suyunda istifadə edilən kimyəvi qlukonat qədər təsirli hesab olunur.
- Balın dodaqlardakı uçuqları sağaltmaqda da effektli olduğu bildirilir.
- Balın yaraların müalicəsində sağalma prosesini sürətləndirdiyi də qeyd olunur.
- Bundan əlavə, mədə-bağırsaq, ürək-damar, vərəm və hətta soyuqdəymə xəstəliklərinin müalicəsində geniş istifadə olunur.
- Bal bədənə istilik verməklə bərabər sidik qovucu və quruducu xassəyə malikdir.
- Bal həmçinin bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin etməyə, əsəb sistemini qaydasına salmağa köməklik göstərir.
- Zehni əməklə məşğul olan adamların iş qüvvəsini artırmağa yardımçı olur.

0 Yorumlar